Hər gün KİV-də, bəzən də gündəlik həyatımızda bizə təsir göstərəcək insanları görürük. Onlar öz sahələrində peşəkar olmaqla, həm də selfmarketing-i bacaran şəxslərdir. Selfmarketing nədir?



Təsəvvür edin ki, marketdəki rəfin üzərində onlarla eyni tipli məhsul var. Siz onlardan hansını secərdiniz? Tanınmamış və cəlbedici olmayan, yoxsa sizə tanış markaya aid və maraqlı qablaşdırmada olan məhsulu? Eyni vəziyyət əmək bazarında da mövcuddur.



SƏN “SATILIRSAN”!



Bir az təəccübləndirici səslənsə də, insan da bir Məhsuldur. Bir Məhsul kimi satılır.



Hər bir satılan məhsulun onun alışını yaxşı həyata keçirmək üçün marketinqə ehtiyacı var.Selmarketing də məhz bu deməkdir. Özünüzü ən uğurlu olaraq əmlak bazarında necə “satmaq”.



Hər birimiz unikal brendə məxsusuq və bunu düzqün olaraq “reklam” etmək insanın öz əlindədir. Əslində hər birimiz özümüzdən asılı olaraq və ya olmayaraq marketinqlə məşğuluq. Biz daima öz brendimizi formalaşdırırıq: iş tapmaq üçün CV-mizi doldurduqda , sevdiyimiz insanla görüşdükdə, həmçinin kredit götürmək istədiyimizdə , bankda çalışan menecer ilə təmas quranda da və s.



Hələ uzun illər öncə, alimlər tərəfindən həmsöhbətə uğurlu təsir göstərmənin düsturu aşkar edilmişdir. Belə ki , digərlərinə gösərdiyimiz effektin cəmi 7%-i danışdığımızdan, 38 %-i səsimizdən, 55 %-i isə özümüzü necə aparmaqdan,həmçinin xarici görünüşümüzdən asılıdır. Şəxsi brendi düzgün səmtdə istifadə etmək üçün aşağıdakılara diqqət yetirilməlidÖz vizual görkəminizə diqqət yetirin - sizin xarici görünüşünüz, geyiminiz, saç düzümünüz, biznes kartınızın görkəmi, şirkətin logotipi, saytı və s.



Öz vizual görkəminizə diqqət yetirin - sizin xarici görünüşünüz, geyiminiz, saç düzümünüz, biznes kartınızın görkəmi, şirkətin logotipi, saytı və s.




1) Ünsiyyət tərzinizdə öz brendinizə uyğun gəlməlisiniz. Bura həmçinin sosial şəbəkələrdə yazdıqlarlnız da aiddir. Verdiyiniz məlumata, danışdıqlarınıza diqqətli olmalısınız. Amma bacardıqlarınızı dilə gətirməkdən utanmamalısınız ( lovğalıqdan uzaq olmaq şərti ilə).



2) Qeyri-verbal davranış. Duruşunuza belə diqqət yetirin. Özünüzü inamlı aparın.



Bundan əlavə,həm də aktiv olmağı unutmursunuz.



Hər şeyi düzgün şəkildə yerinə yetirsəniz, müsbət nəticə özünü çox qözlətməyəcək !



İşəgöturən alıcıdır!




Dükanda məhsul müştərilərə necə təqdim olunursa,hansı üstün cəhətləri qabarıq şəkildə çatdırılırsa, siz də öz əsas bacarıqlarınızı təqdim edib, onları “sata” bilərsiniz.



Bir çox sahələrdə insan-brendlər mövcuddur. Misal üçün, brend- idman ulduzları , Tiger Woods, Michael Jordan, David Beckham; Brend-pop ulduzlar Jennifer Lopez, Madonna,Beyonce,Merlin Monro, Elvis Presley; brend- yazıçılar Paulo Coelho, Stiven King, brend-biznesmenlər-Steve Jobs, Richard Branson, Bill Geyts. Əlbəttə ki, sizin bir anın içində dönüb Bill Geyts olmağınızı heç kəs vəd etmir . Amma buna doğru addımlamağa start verə bilərsiniz.



Brend olmaq nəyə görə lazımdır? Götürək eyni materialdan, tamamilə eyni insanın düzəltdiyi 2 cüt ayaqqabı. Görünüşləri də eynidir. Yegənə fərq ondadır ki, bir cütü “Dolce & Gabanna” brendinə aiddir və yaınız bu səbəbdən 2-3 dəfə, adsız olan məhsuldan baha ola bilər. Hər birimizə bu hal çox yaxşı tanışdır. Burda brendin gücünü görürük. Eyni vəziyyət insana bir məhsul kimi yanaşanda da mövcuddur. Bu üzdən çalışıb özünüzü müsbət yöndən tanıtmalısızınız. Həmçinin müştəriniz ilə görüşdükdə nədən sırf sizin məhsulunuz, şirkətinizi seçməlidir? Sizinlə bərabər rəqibləblərdə də var.Müştəriyə öncə özünüzü bir şəxsiyyət olaraq satış etdikdən sonra , onu sizin məhsulunuzu almaq ,seçimini məhz sizin şirkətiniz üzərində saxlamaq ehtimalı artacaq.



Daim inkişaf edin. Apple şirkətinə məxsus iphone smartfonu hər il müasir dövrün artan tələbatına uyğun olaraq yeni model təqdim edir. Bugünki populyarlığına , gəlirinə baxıb rahatlaşıb ,yenilənməyə,yeni funksiyaları modellerinə əlavə etməkdən imtina etsə nə baş verər? Əlbəttə ki, rəqiblər fürsətdən istifadə edib, daha da inkişaf edər və müştərilər üz döndərib onun modern rəqibini seçər.



Siz də buna görə öz peşəniz üzrə dayanmadan inkişaf edin ki, sizi seçsinlər hər zaman!



Necə deyərlər, “Be distinctive or be extinct!”