Bugünki marketinq senarisinin ayrılmaz hissəsi reklamdır. Əvvəl bu sahəyə o qədər də, fakir verilmirdi. Sonralar isə,…dövr dəyişdi. Reklam qaçılmazdır. Reklamın bir tərifini qeyd edəcəyik. Mənbəə- The Institute of Practitioners in Advertising Beləliklə-reklam məhsul və ya xidmətin mümkün qədər aşağı və gəlirli satışı üçün mümkün inandırıcı satış mesajını çatdırılmasıdır.
Reklam zamanı istifadə etdiyiniz alətlər sizə diqqəti cəlb etməyə, emosiyalara təsir etməyə bir sözlə insan düşüncəsini dəyişməyə kömək edir. Nədən düşüncə? Çünki şüurlu varlıq olan insan nəyinsə alınması barədə qərarı kor-koranə deyil düşünərək verir. Reklam alətinin düşüncəyə təsir etməsi, fikri dəyişməsi satışın artması ilə nəticələnir. Heç şübhəsiz ki, bu yalnız satışa aid deyil. Lakin biz yalnız aid olduğumuz sahədən yazacağıq.
Reklam texnikası insan davranışına inandırıcı komunikasiya spektrı üzrə təsir edir. Bu cümləni qəliz hesab edirsinizsə, ardını oxuyun. İnandırıcı komunikasiya spektrı özündə birbaşa mail, TV, radio, sosial media səhifələrini, qəzet və jurnallardakı elanları birləşdirir. Sizin daha səmərəli fəaliyyətiniz isə o zaman baş verər ki, siz hansı texnikaların daha çox işlədiyini biləsiniz. Vaxtdan səmərəli istifadədən ötrü bura bir video materialın linkini yerləşdirdim.



Lakin iş yalnız videoya baxmaqla və yaxud hər hansısa kitabı oxumaqla bitmir. Reklam ilk öncə yaradıcı düşüncə tələb edən bir sahədir. Həm də, düşüncələrə təsir etdiyindən çox həssas sahədir.İctimai fikir və reklam hər zaman qarşılıqlı təsirdədir. Cəmiyyətin, hədəflənmiş auditoriyanın zövqünə uyğun da reklam formalaşa bilər, eləcə də, çox saylı qeyri-formal institutların, o cümlədən reklamın təsiri ilə də ictimai fikirdə dəyişikliklər ola bilər. Odur ki, yaradıcı düşüncə ilə yanaşı reklam həssaslıq da tələb edir. Əslində hər bir iş həssaslıq tələb edir. İndi isə bir neçə kreativ reklamla bağlı şəkilə diqqət edək.




MarketinqPro