2012-ci ilin 18 fevralında adətim üzrə Facebook-a girdim, qurdalandım. Sonra düşündüm ki, Facebook haqda yazım. Bu cür də, elədim. Facebookun güclü və zəif tərəfləri, imkanları və təhlükələri barədə yazıram. Ondan başlayaq ki:


2004-də yaranıb, yəgin ki, bilirsiz. 850 milyon insanı əhatə edir. Bu barədə çox yazmıram onsuz da, kifayət qədər məlumatlısınız. Hələ üstəlik qloballaşma şəbəkələşmə və sair və ilaxır. İnformasiyanın çoxluğu faydalıdır. Lakin artıqlığı insanı yanılda bilir. Odur ki, keçirəm əsas məsələyə.


Facebookun əsas üstünlüyü üzvlərinin sayındadır. Bir də, beyinlərdə sosial şəbəkələşmə ilə asosasiya olunmasındadır. Bu heç də, Apple və ya Google kimi deyil, bu tamam fərqlidir. Bu ona bənzəyir ki, sıradan insanda “meyvə” sözü “alma” sözü ilə asosasiya olunur və ya “mobil telefon” dedikdə daha çox “Nokia” gəlir ağlımıza. Sosial şəbəkələşmə də, dedikdə Facebook gəlir ağla. Və demək olar ki, onun rəqibi yoxdur.



Şübhəsiz ki, Facebookun zəif tərəflərindən yazanda tənqid olunacağam. Tənqid olunmasam da, bu tip ifadə ilə rastlaşacam: “qardaş sən Zukerberqdən ağıllısan məgər, Facebookun zəif tərəflərin görürsən?” Amma bildiklərimi sizlərlə paylaşmaq zorundayam. Bu məni rahat edir. Nə isə qayıdaq söhbətə. Baxmayaraq ki, Facebookda müntəzəm olaraq trafik çoxalır, bir çoxları iddia edir ki, bu artıq yetkinləşmiş bir sahədir. Bəzən isə yalnız iddia deyil mübahisə edənlər də, tapılır. Bir qədər izah verək: söhbət ondan gedir ki, Facebook öz arzuolunan potensial müştəri bazasına çatmışdır. Yəni bundan sonra hədəfi yoxdur. Bunu zəif tərəf kimi qeyd oluna bilər. Facebook pulsuz olduğundan, abunə yazılmalardan birbaşa gəlir axını yoxdur. Başa düşüləcək dildə desək, “podpiska”dan xeyir gəlmir. Linkedin kimi rəqiblər isə, abunə yazılma yanaşması istifadə edirlər. Bəziləri deyirlər ki, bu cür qlobal xarakter daşıyan biznesdə bu qədər gənc insanın olması düzgün deyil. Çünki, bazar 40 yaşdan yuxarı CEO-ları görməyə adət edib.


Facebook hal-hazırda gəlirləri, reklamdan və ya CPC və CPM-dən əldə edir. İki izaha da ehtiyac var. CPC və CPM. CPC- cost per clickdir, yəni hər klikin dəyəri. CPM isə cost per mile deməkdir. Min baxışa görə dəyər. Bu barədə gələcəkdə danışarıq. Biznesin inkişafda olduğundan bunu artırmaq imkanları mövcuddur. Yeni qrafiklərlə yeni məhslulların hazırlanması yeni və daha çox müştərilərin cəlb edilməsi deməkdir. Evlərdə personal komputerlərin sayının artması, mobil telefonların çoxalması Facebook-a daha çox müştəri bazasına malik olmağa imkan verir.
Potensial təhlükələr nöqteyi nəzərindən reklamın bəzi variantlarını qeyd etmək olar. Bəzi potensial reklamçılar Google-un müxtəlif proqramlarından istifadə etməklə üstünlük əldə edə bilərlər. Yaxud reklamın köhnə metodlarından daha çox istifadə edilə bilər. Facebook-dakı reklamda rəqabət üstünlüyü sırf biznes sahibinə məxsus olmalıdır. Çox vaxt qeyd olunduğu kimi Facebook-un tarixi demək olar ki, MySpace ilə eynidir. MySpace sosial şəbəkələşmənin üst qatında olan bir səhifə idi. Sonralar isə dəbdən düşdü. Facebook kimi şirkətlə rəqabət mübarizəsində uduzdu və zəiflədi. Eyni şey Facebook-un da başına gələ bilər. Çünki texnologiyalar dayanmadan dəyişdiyindən bazarda meydana gələbiləcək yeni biznes Facebook üçün potensial təhlükə ola bilər. Dəb Facebook üçün problemə çevrilə bilər. Buna görə də, Facebook daha çox yenilənməli və texnoloji inkişafa uyğun da inkişaf etməli idi.



Bu həyatımıza iradəmizdən asılı və ya asılı olmadan daxil olmuş sosial şəbəkə, Facebook-un SWOT analizi idi ki, nəzərinizə çatdırmağı özümə borc bildim. Şübhəsiz bu barədə kitab da, yazmaq olar. Qismət olsa edərəm amma hələlik ki, bu gözəl bir ideya olsun. Faydalanmaq istəyən də, faydalansın.