WOM üzərində qurulmuş marketinq.




Reklamın ən maraqlı və sirli üsullarından biri “Word of mouth” (WOM)-dur. Buna “аğızdan-ağıza marketinq” də deyilir. Şayiələr ,dedi-qodu, viral, buzz marketinq və s. əsasındа qurulmuş promotion necə olur?



Əksər marketinq mütəxəssisləri WOM-u ən effektiv promotion kanallarından biri hesab edirlər. Alış zamanı qərar vermədə daha vacib rol oynayır bu üsul. Hətta ABŞ, Çikaqoda ağızdan-ağıza marketinqlə bağlı assosiyasiya mövcuddur – WOMMA (Word of Mouth Marketing Association).




WOM-un adi şayiələrdən fərqi ondadır ki, yayılan infromasiya əvvəlcədən düşünülmüş, əlverişli dona geyindirilmişdir. Uzun illər ərzində reklamın aqressiv təsirindən yorulmuş insanlar reklamı artıq güvənilən mənbə kimi qəbul etmirlər.




Sizcə, bir restoranda nahar etmiş müştəri özünə qarşı xüsusi gayğı, qeyri-adi menyu, gözəl münasibət görsə və yaxud hər hansı bir dükandan alış-veriş edərkən həmin yerdən hədiyyə alsa nə edər? Əlbəttə ki, dost tanışı ilə aldığı təəssüratı bölüşər və bundan sonra həmin restoranı və ya dükanı tövsiyə edər. Bunun özü bir reklamdır, həm də özəlliyi ilə seçilən bir reklam.




Ümumiyyətlə, dost-tanışdan eşitdiyimiz informasiyaya daha çox inanırıq, nəinki reklamda gördüyümüz məlumata. Məhz buna görə brendin, şirkətin, məhsulun irəliləyişi uğrunda şayiələr vacib bir alətə cevrilir. Bu həm ucuz, həm də çox effektiv bir üsuldur. Sadəcə, düzgün istifadə qaydasını bilmək vacib şərtdir. Unutmayın, pis xəbər daha tez yayılır.



Razı müştəri məhsulu 3 tanışına tərifləyirsə, narazı isə neqativ informasiyanı ən azı 10 tanışı ilə bölüşəcək. Sizə aidiyyatı olan neqativ informasiyanı inkar etmək olmaz. Bəzən hətta ondan öz xeyrinizə istifadə edə bilərsiniz. Holliwoodda şayiələrdən ən yüksək səviyyədə istifadə edildiyini görə bilərik.



Misal üçün, hansısa bir filmin premyerasından öncə süni yollа yaradılan söz-söhbət filmin aqibətinə müsbət təsir göstətir. Çəkilən filmlər gözləntilərimizi hər zaman qarşılamasa da, məhsulumuzun ətrafında ajiotajın yaradılması yollarını biz sırf Hollywooddan öyrənə bilərik. Bizə gəldikdə isə, Azərbaycan balaca ölkə olduğundan, WOM-un effekti bir az da güclüdür.



Əlverişlidir bu üsuldan istifadə etmək. Burda söz-söhbət tez yayılır. Kimsə kafe acır, bir-iki muğənni, aparıcı dost-tanışından xahiş edir ki, öz facebook səhifəsində həmin kafedə cəkdirdiyi şəkli yerləşdirib bir necə maraqlı, xoş sözlər yazsın yeni acılmış məkan haqqında. Bunun effektivliyi isə fəallıqdan asılı olacaq.



Biz insanlar defisitdə olanı daha üstün tuturuq: nadir tapılan şəkillər, məhdud saylı biletlər, geniş yayılmamış məlumatı bilmək. Şayiə yaradarkən bunu xatırlamalıyıq. İnfromasiyanı tədricən verməк lazımdır, kiçik hissələrlə. Amma bu oyunu sonsuzadək davam etdirmək olmaz - müştərinin “canını sıxa” bilərsiniz.




Müasir dövrdə WOM-un ən çox həyata keçirilən məkanı İnternetdir. Xüsusi olaraq WOM agentlər mövcuddur. Onlar reklam kampaniyasına start verməmişdən öncə xüsusi hazırlıq işləri keçirirlər. Aidiyyatı forumların və bloqların aktiv iştirakcilarına çevrilirlər: istifadəçilər ilə aktual olan informasiya və maraqlı xəbərləri bölüşürlər, müzakirərdə fəal olurlar. İstifadəçilər bu agentləri “özlərininki” kimi qəbul etməyə başlayırlar və fikirlərinə güvənc hissi oyanır.



Yalnış fikir var ki, WOM kampaniya internetdə yalnız məlumatın yerləşdirilməsi ilə yekunlaşır. Bu belə deyil. Məlumatın yerləşdirilməsindən sonra şərhlər ilə iş aparılması gərəkdir: operativ olaraq reaksiya verilmək, mövzunun canlı olmasını təmin etmək.




WOM kampaniya bitdikdə isə hesabat hazırlanır. Hesabat aşağıdakılar üzərində qurulur:


· Auditoriya ilə əlaqələrin sayı


· Virus effektin dərəcəsi (neçə mənbə bölüşüb yayılan məlumatları)


· Cəlb olunmanın dərəcəsi (şərhlərin sayı: az və maraqsız, çox və hər kəs razı, isti müzakirələr və s.)


· Auditoriyanın yanaşması (nisbət: pozitiv / neqativ şərhlər)


· Konversiya



Sonda qeyd etmək istərdim ki, hər zaman dürust olun. Ağızdan- ağıza marketinq istehlakçının brendə güvənindən asılıdır. Siz müştərinin güvənini və diqqətini qazanmalısınız ki, o da sizinlə bağlı olan məlumatlаrı bölüşmək istəsin.