Ənənəvi reklam (offline reklam) ölürmü, yoxsa yerini online (rəqəmsal reklam) reklamlaramı buraxır?! Tabletlər, smartfonlar, asan internet müraciətilə sürətini azaltmayan rəqəmsal marketinq, yeni nəsilin marağı ilə yüksəlməyinə yüksəlir, amma hələ heç internetdən istifadə etməyən insanlar olduğunu, internet istifadəsinin böyük şəhərlərə yayıldığını hamımız bilirik. Bu nöqtə rəqəmsalın kor nöqtəsidir və burada hələ milyonlar xərclənən televiziya reklamları kraldır. Bakıda hələ də iri miqyaslı kampaniyaları televiziyasız təsəvvür etmək çətindir.


Jurnallara gəlincə isə əsla toxunularaq oxunan parlaq səhifə ləzzətini online jurnallardan ala bilmirik. Təbii strateji olaraq da məsələn A+ Rolex reklamı parlaq kağıza yaraşır, bir kliklə çevrilən səhifələrə deyil…Jurnallarımızın sayı o qədər çox olmasa da, qiymətləri heç də ucuz deyil.


Facebook, Twitter və Friendfeed`in meydana gətirdiyi ictimai media reklamçılığıyla imic, təşkilati şəxsiyyət yaratmaq çox çətindir. Diqqətlə hazırlanan offline kampaniyalara, ancaq dəstək ola bilirlər.


Əslində online çox vaxt offline`dan dəstək alır. Profilonun güclü reklamları, möhkəm imici olmasa o sevimli viral kampaniyalar mənasız görünə bilərdi.


Bir də hələ internetdən, hətta kompüterdən anlamayan və marketlərdən alver edən analar var. Bax bu kütlə də istəmədən offline`çı olur. Online gənc analara, yeni nəsilə qalır.


Rəqəmsal xərcləmələr offline`a görə az xərcli olsa da (görəsən məşhurluq səbəbi bir az da budurmu? ) məncə hələ offline daha doğrudur, geniş və xüsusi bir kütləni tutur.


Qısacası anında reaksiya, dərhal iştirak, hərəkət deyirsinizsə, rəqəmsaldır; ciddi, güclü bir imicə sahib A+, B+ sinizsə, ağırlıqlı olaraq ənənəvi və dəstək olaraq rəqəmsalı seçmək daha düzgündür.


Əsas hadisə televiziya və internetin birləşdiyi nöqtədə başlayır. Baxaq nələr olacaq…