İngiltərə 2 il sonra kağız puldan imtina edərək, plastik puldan istifadə edəcək. Səbəb daha uzunömürlü, təmiz və etibarlı olmasıdır. İngiltərə Mərkəzi Bankı, 2016-cı ildən etibarən kağız pul yerinə plastik pul təqdim edəcəyini açıqlayıb.



Tədavülə ilk olaraq üzərində keçmiş baş nazir Viniston Çörçilin (Winston Churcill) şəkili olduğu 5 sterlinqlik banknotlar girəcək. Bir il sonra çap ediləcək 10 sterlinqlik banknotlarda isə yazıçı Jane Austen yer alacaq. Xammalı polimer olan plastik pulun kağız pulla müqayisədə 2,5 dəfə daha dözümlü olduğu bildirilir.



Plastik pul ləkə götürmür, saxtalaşdırılması çətindir. Hətta paltar maşınında yuyulduqda belə məhv olmur, ancaq ütülənərkən həddindən artıq istiyə məruz qalarsa əriyir. İctimai sorğular İngilis xalqının 87%-inin plastik pulu dəstəklədiyini göstərir. 1988-ci ildə Avstraliyada istifadə edilməyə başlayan plastik pul, Kanada, Yeni Zelandiya və Meksika daxil olmaqla 20-dən çox ölkədə tədavüldədir.