İngiltərənin “Barclays” bankının İcraçı direktoru (CEO-su) Antony Jenkins, illik mükafatını almayacağını açıqlayıb. Jenkins, bankının mövcud çətinliklərini həll etməkdə çətinlik çəkdiyini bildirib.
Nağd pul çatışmazlığı səbəbindən səhmdarlarına üz tutmaq məcburiyyətində qaldığı bir dövrdə illik mükafat almağın doğru olmayacağını qeyd edib. Jenkins, mükafatı qəbul etsəydi 2013-cü ildəki xidmətlərinə görə 4,5 milyon dollara yaxın mükafat alacaqdı.
Jenkins, 2012-ci ilin avqust ayında vəzifəyə gəlməsindən bu yana ikinci dəfə illik mükafatdan imtina edib. “Barclays”ın CEO-su, “Bu vəziyyətdə, 2013-ci il üçün mənə veriləcək mükafatı qəbul etməyim düzgün olmaz. Buna görə şirkətin qərarına hörmət edirəm, lakin rəhbərliyimin mənə layiq gördüyü mükafatı almamaq qərarı verdim" - deyib. “Barclays”ın CEO-sunun əsas maaşı illik 1,7 milyon dollardır. Jenkins maaşının 250% qədər illik bonus ala bilir. Eyni zamanda maaşının 400%-nə bərabər gələn nisbətdə uzunmüddətli səhm opsiyonu da var.