“British Airways” aviaşirkəti sevgililər günü hesab olunan Müqəddəs Valentin günü ərəfəsində Azərbaycanda London, Avropa və Şimali Amerika istiqamətində uçuşlara xüsusi endirim tariflərinin tətbiqinə start verib. 



 


Müqəddəs Valentin günü – sevdiyiniz insanı sevindirərək onun sizə nə qədər əziz olduğunu sübut etmək üçün əlverişli gündür. Bunu nəzərə alaraq, “British Airways” aviaşirkəti “Premium” sinfində uçuşlar üçün xüsusi qiymət endirimlərinin tətbiqinə başlayıb.


 


Niyə də sevdiyiniz insana möhtəşəm səyahət hədiyyə edərək onu sevindirməyəsiniz? Müqəddəs Valentin gününə az qalıb və çox güman ki, bir çox azərbaycanlı “ideal hədiyyə nə cür olmalıdır” haqqında düşünür. London, Avropa vı Şimali Amerikanl əhatə edən xüsusi tariflər çərçivəsində turistlər qısamüddətli məzuniyyətdən zövq ala biləcəklər ki, bu, Müqəddəs Valentin gününə ideal hədiyyə olacaq.


 


 “Bu il Müqəddəs Valentin günü həftənin cümə gününə düşür, London, Paris və ya Nyu-Yorka romantik səyahət hədiyyəsindən daha nə gözəl ola bilər? Bizim endirimlər fevralın 16-dək davam edəcək və bu, vacib tarixləri yaddan çıxaranlar üçün əlavə bir neçə gün hədiyyə etmək imkanını yaradır ki, onlar bununla səhvlərini düzəltmiş olarlar”, - deyə “British Airways”ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib.


 


 “British Airways”ın endirimlərindən yanvarın 27-dən fevralın 16-dək yararlanmaq olar ki, turistlər xüsusi tariflə alınmış biletlərlə fevralın 1-dən iyulun 31-dək səyahət edə bilərlər. Böyük Britaniya və Avropa istiqamətində “Premium” sinif salonuna olan aviabiletlər 1 932 avrodan, ABŞ və Kanada istiqamətində isə 2 718 avrodan başlayır. “British Airways”ın London və digər istiqamətləri üzrə cədvəllə aviaşirkətin www.ba.com internet səhifəsində tanış olmaq mümkündür. Eyni zamanda, burada ən aşağı tariflərlə biletləri rezervasiya edib və ya onlayn əldə etmək, həmçinin aviareysə qeydiyyatdan keçmək olar.



 


“British Airways” haqqında:



 


·         Yay mövsümündə British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.


·         “British Airways” – marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti  əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.


·         “British Airways” hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.


·         Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib  4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir – Biznes və Ekonom.


·         “British Airways” yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.


 


Məlumat üçün “British Airways” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.


Тel: (012) 436 85 09


E-mail: info@redcom.az