Bir neçə gün əvvəl tizer kimi yayımlanmağa başlayan reklam kampaniyasının əsas TV çarxı nümayiş olunub.


 


“Modenis” MMC-nin sifarişi ilə “eManat” ödəmə terminalının reklam kampaniyası üçün hazırlanan çarxda hədəf kütlənin müxtəlif kateqoriyalarını təmsil edən 4 nəfər şəxs hansı səbəblərə görə “eManat” ödəmə terminalında ödəniş etdiklərini fərqli məkanlarda ifadə edirlər. 


 


Reklam çarxının ideyası və hazırlanması “Havas Worldwide Baku” tərəfindən həyata keçirilmişdir. Qarşıya qoyulan əsas məqsəd - “eManat” ödəmə terminalının həyata keçirdiyi funksiyalar və bu terminalda ödəniş etməyin üstün cəhətlərini vurğulamaq hərəkətli şəkildə nəzərə çatdırılmış və ümumi konsepsiya “Tez, etibarlı, rahat” sloqanı altında ümumiləşdirilmişdir.


 


Reklam kampaniyasının tərkib hissəsi olan və çarxı dəstəkləyən digər tərtibatlar da hazırlanmışdır. Qeyd edək ki, 2013-cü ilin mart ayında bazara daxil olan “eManat” ödəmə terminalları əhaliyə kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanını yaradır. 2014-cü ili “«eManat» ödəmə sistemi şəbəkəsinin genişlənməsi ili” elan edən “Modenis” MMC bununla bağlı qarşısına konkret hədəflər qoymuşdur.