"ComScore"nin sosial şəbəkələrdən istifadə ilə bağlı son hesabatına görə, israillilər hər gün orta hesabla 11,1 saat vaxtı sosial şəbəkələrdə keçirirlər.


Dünya üzrə bu rəqəmin orta statistik səviyyəsi 5,7 saatdır.


İsraildən sonra ilk beşlikdə Argentina (10,7 saat), Rusiya (10,4 saat), Türkiyə (10,2 saat) və Çilidir (9,8 saat).


Dünyada sosial şəbəkələrin ən çox maraqlanan insanların yaşadığı məkan isə Latın Amerikasıdır.


Burada qadınlar gündə orta hesabla 8,2 saat, kişilər isə 6,9 saatı sosial şəbəkələrldə keçirirlər.


Dünya miqyasında isə qadınlar gündə 6,5 saat, kişilər isə 5 saatı sosial şəbəkələrdə keçirirlər.


Azərbaycanda isə bu yaxınlarda artıq Facebook istifadəçiləri 700 mini keçdi. Aktiv əhalinin demək olar ki, hər 8-dən 1-i bu və ya digər sosial şəbəkənin aktiv istifadəçisidir. Sadəcə dünyada sosial şəbəkədən qadınlar daha çox istifadə etsə də, bizdə hələ ki, kişilər öndədir. Vaxt kemirmə baxımından isə son zamanlar şirkətlər öz əməkdaşlarına qadağa belə qoyublar. Demək ki, sosial şəbəkələrdə keçirilən vaxt bizdə az deyil.