İngiltərənin Vodafone şirkəti İspaniyanın kabel ilə yayım şirkəti “Ono”nu 10 milyard dollara satın alıb. “Ono”, İspaniyanın ən böyük ikinci internet, televiziya və sabit telefon xətti təminedicisi mövqeyindədir. Satınalma razılaşması “Ono”nun borclarının ödənilməsini də ehtiva edir.
Razılaşma, “Vodafone”nun altı ay ərzində reallaşdırdığı ikinci satınalmadır. Şirkət Sentyabr ayında Almaniyanın “Kabel Deutschland” şirkətinin səhmlərinin böyük hissəsini almışdı.