Hər il Augusta, Gürcüstan, Amerika Birləşmiş Ştatlarında keçirilən Masters beynəlxalq qolf turnirinin sponsoru olan IBM, öz izləyicilərini iri miqyaslı video kampaniya ilə təəccüblədirdi.
“Made With IBM” layihəsi Aprel ayının 7-dən 13-dək yayımlanan turnirin nümayişi zamanı göstərilən 62 çarxdan ibarətdir. IBM Mart ayında şirkətin texnologiyasının necə tətbiq olunduğunu sənədləşdirmək məqsədi ilə üç direktoru - Jesse Dylan, Joe Pytka və Doug Prayı 17 ölkəyə səyahətə göndərdi.
Nəticədə IBM-in əməkdaşları və şirkətin müştəriləri ilə 30-dan çox maraqlı müsahibə alındı. Müsahibələrin mövzusu isə mətbəxdən musiqiyə, xərçəng xəstəliyinin müalicəsindən astronomik tədqiqatlara qədər geniş sahələri əhatə etdi. Layihəni Ogilvy & Mather agentliyi hazırlamışdır. IBM layihənin təşkilinə və nümayişinə 25 milyon ABŞ dolları vəsait xərcləmişdir.