Keçən ilin May ayında ilk dəfə keçirdiyimiz Milli Marketinq Forumunun yeni tədbiri üçün, uzun müddət etdiyimiz debatlar nəticəsində axır ki, konkret konsept və ümumi bazanı təyin edə bildik. Dəyərli oxucularımız üçün, ilk dəfə olaraq 2014 Milli Marketinq Forumunda olacaq sirləri açmaq istəyirəm.



Oxumağa həvəsi olmayanlar üçün deyim: “Bu dəfə daha möhtəşəm olacaq...” Qeyd etməliyəm ki, bizim (Marketinq AİR olaraq) keçirdiyimiz aktivliklərin heç biri biznes məntiqli və ya sadə dillə desək – pul qazanmaq üçün edilmir.



Biz istər Marketinq AİR təlimlərini, istər FMR TV-ni, istər keçirdiyimiz çox saylı görüşləri, istər Ali məktəblərdə dediklərimiz dərsləri…, istərsə də Milli Marketinq Forumunu biznes və ya pul qazanmaq üçün etmirik. Məntiqimiz çox sadədir. Biz ölkədə biznesin, marketinqin inkişafını istəyirik. Bu baxımdan bu il keçirilən Milli Marketinq Forumuda sırf öz daxili gücümüzü keçirməyi düşünürük. Birdə… marketinqi sevən və bizim kimi düşünən dostların yardımı hər zaman olduğu kimi, bu ildə hiss etmək istəyirik. Bu il düşündüyümüz Marketinq Forumunda daha sistemli və milli keyslərə yönəli bir tədbir keçirmək istəyirik. Ümumi olaraq Forum iki gün keçirilməklə, 6 paneli özündə əks etdirəcək. Bu aşağıdakı paneldir.



Birinci Panel – Retail. Burada biz əsasən son vaxtlar Azərbaycanda ən dinamik inkişaf edən sektor olan pərakəndəçilik haqqında real biznes keyslər təhlil edəcəyik. Paneldə ölkədə bu sahədə çalışan lider şirkətlərin marketoloqları ilə yanaşı, sırf ekspert kimi olan dostlarımız olacaq. Panel tam praktika, tam Azərbaycan reallıqlarını özündə əks etdirəcək. Düşünürəm ki, əminəm ki, pərakəndəçilik sektorunda olan duman bu paneldən sonra bir-azda olsa çəkiləcək.




İkinci Panel – Dijital marketinq. Bu paneldə adından da göründüyü kimi ölkəmizdə olan uğurlu dijital bredinq kampaniyaları, dijital aləmdə olan tendensiyalar, sektorun hara getdiyi barədə dəyərli spikerlərimiz öz təcrübələrini bölüşəcək. Keçən dəfə biz, Milli Marketinq Forumunda bu istiqamətə yetəri diqqəti yönəldə bilmədik… (istədiyimiz kimi olmadı) bu dəfə inanıram ki, hər şey daha yaxşı olacaq.




Üçüncü Panel – Marketinq kommunikasiyaları. Əlbəttə, Marketinq Forumunda kommunikasiyadan, reklamdan danışmamaq “yumşaq desək” günah olardı. Bizdə günah işlətmək istəmirik. Biz bu paneldə marketinq Aysberqin görünən tərəfi olan reklamlardan söhbət edəcəyik. Bugün milli bazarda marketinq kommunikasiyalarının vəziyyətindən söhbət edəcəyik. STOP. Nəqativ adamlarla bizim sözümüz tutmur. Biz inanırıq ki, son illərdə Azərbaycanda marketinq kommunikasiyalarında da inkişaf hiss edilir. Bizim hədəfimiz sektorda olan problemləri müzakirə yolu ilə asanlaşdırmaq olacaq.




Dördüncü Panel – Marketnqdə yeni trendlər. Marketinq sözü – Yeniketinq sözünüz sinonimi olduğunu bir neçə dəfə demişik. Sözümüzün üstündə dururuq. Milli Marketinq Forumun dördüncü paneli məhz marketinqdə, istehlakçı davranışlarında olan tendensiyalar barədə olacaq. Bu panel mənim üçün çox doğmadır. Mən inanıram ki, ölkə marketoloqları üçün dördüncü panel yeni ideyalar üçün yaxşı qaynaq rolunda olacaq.




Beşinci Panel – Reklam agentliklərində vəziyyət. Bu panelimiz ölkədə marketinqin inkişafı üçün əsas şətrlərdən biri olan reklam agentlikləri və onların işləmə prinsipləri barədə olacaq. Biz bu paneldə reklam verənlərlə, reklam istehsalçılarının bir dialoqunu, debatını təşkil etmək istəyirik. Bu günə qədər heç bir kitabda (təlimdə, seminarda) olmayan problemlər barədə müzakirələr gedəcək. Super olacaq. Super olması üçün çox çalışmalıyıq. Super olmasına nail olmalıyıq…




Altıncı Panel – Milli Brendlər. Əlbəttə Milli Marketinq Forumunun ən maraqlı paneli olacağına inanıram. Bilirsiz, mən özümdə brendinq mövzusunu çox ciddi izləyirəm. Düşünürəm ki, Marketinq Forumuna qədər biz Brendinq haqqında olan ilk kitabımızı dərc etdirə biləcəyik. Kitabımızda son tamamlama işləri gedir. Bu paneldə ölkəmizdə olan aparıcı brendlərin uğur səbəbləri aşkarlanacaq. Çalışaceyik aşkarlansın!))




Bəs spikerlər kim olacaq?! Yaxşı sualdır. Gəlin bu sual mənim (bizim) Sizə surprizimiz olsun. Söz verirəm, spikerlərdən çox razı qalacaqsınız. Hələlik isə deyə bilərəm ki, spikerlərimiz hər biri öz sahəsində (panelində) AS olan adamlar olacaqlar. Dostlar, açıq deyim, mən düşünürəm ki, biz son dərəcə əhəmiyyətli bir Forum keçirməyə nail olacağıq. Niyə belə düşünürəm? Ona görə ki, mən Forumun uğurlu olması üçün başda Rafiq və Anar müəllim olmaqla dostlarımızın necə əzmlə çalışdığını görürəm. Əmək və işə sevgi olan yerdə, uğur qaçılmazdır. Bu yazımızla, Sizə əslində çox böyük bir sirr açdım. Amma inanıram ki, bu sirr bloqumuzun oxucuları ilə mənim aramda qalacaq. Heç kimə deməyin… vaxtı çatanda hamısının xəbəri olacaq!)




ƏLAVƏ OXUMAQ ÜÇÜN:




Keçən dəfə olan Forumdan


Birinci Milli Marrketinq Forumu


Ayağımız qazdadır


Marketinq AİR - Yeni təlim standartları