Əziz dostlar, bildiyiniz kimi MMF2014-ə ciddi şəkildə hazırlıqlar gedir. Bu haqda daha ətraflı buradanoxuya bilərsiniz. Öncədən də dediyimiz kimi biletləri 01 maydan satışa çıxarmağı planlaşdırmışdıq.
Dostlarımızdan olan devetname.az-ın da dəstəyi ilə biletlərimizi bu gün alıb 28Cinemaya təhvil verdik. İlk baxışdan deyim ki, biletlərə baxanda həyəcanlanmamaq mümkün deyil.
Bizi keçən ildən daha dolu bir forumun gözlədiyini hiss etmək çətin deyil. Hər gün bizdən forumun biletlərinin qiymətləri və şərtləri barədə soruşurdular deyə, qısaca olaraq aşağıda Sizə bu barədə lazımı bütün məlumatı verirəm:
Bileti haradan və necə əldə etmək olar?
Sizin də bildiyiniz kimi biletləri 28cinema-nın kassalarından və saytından online şəkildə almaq mümkündür. Biletlər 01 maydan, yəni bu gündən saat 15:00-dan etibarən onlayn satışda olacaq, kassadan isə elə indi də gedib almaq mümkündür.
MMF2014 biletlərinin qiyməti neçəyədir?
Keçən ilki təcrübə göstərdi ki, bu il bilet satışı şərtlərində əhəmiyyətli dəyişiklik etməliyik. Bu həm bizim üçün, həm də əsas iştirakçılar üçün uyğun variantdır. Belə ki, biz bu dəfə forumda qiymətləri onunla ən çox maraqlananlar üçün daha münasib etməyi düşündük. Foruma tam 4 həftə qalır. Və biz qiymətləri həm kassada, həm də onlayn satışda hər həftə dəyişəcəyik. Daha tez alanlar daha münasib qiymətə ala biləcəklər. Beləliklə, dəqiq qiymətləri zamana görə aşağıdakı siyahıdan görə bilərsiniz. Onu da xatırladım ki, satışda 1 və 2-ci sıralar istisna olmaqla, 3-14-cü sıralardan toplam 221 bilet satışda olacaq.
Bilet qiyməti:
01 - 07 may - bütün biletlər 40 azn
08 - 14 may - bütün qalan bilətlər 50 azn
15 - 21 may - bütün qalan biletlər 60 azn
22 - 28 may - bütün qalan biletlər 70 azn
Gördüyünüz kimi marketinq forumunda daha tez tərpənib bilet alanlar uyğun olaraq daha ucuz ala biləcəklər. Və bunu biz ilk olaraq marketinq azərbaycan qrupunda paylaşırıq ki, total olaraq press-relizlər yayımlandıqdan sonra qrupumuzun hansısa üzvü gec xəbər tutarsa, daha baha almasın. Öncəki yazılardan da demişdik ki, bu foruma ən böyük dəstək elə hər kəsin 1 bilet alması olardı.
Buyurun, əziz marketerlər. Gəlin bir yerdə 2 günü özümüz özümüzə hədiyyə edək !!!