İnternetdə təmsil olunmamısınızsa - Siz mövcud deyilsiniz



PR- KİV vasitəsi ilə istənilən imicin yaradılması və ya korrektə edilməsi üçün nəzərdə tutulmuş böyük bir strategiyadır. PR-ın həyata keçirilməsi üçün müxtəlif üsullar var. Hal-hazırda aktual olan üsullardan biri isə internet vasitəsi ilə həyata keçirilən Digital PR-dır.



Azərbaycanda internet istifadəçilərinin sayı günbəgün artır. Bu həmçinin mobil internetin inkişafından irəli gəlir.Hər hansı bir informasiyanı əldə etmək üçün ilk müraciət etdiyimiz məkan - məhz internet olur. Bu informativ mühit PR tədbirlərinin keçirilməsi üçün çox əlverişlidir, ən azından ona görə ki, internet istifadəçiləri məlumat almaq üçün daha meyillidirlər. Həmçinin, burаda lazım olan informasiyanı ona uygun olan hədəf kütləsinə dаhа теz və asan çatdırmaq mümkündür. Hədəf kütləsinin müəyyənləşdirilməsi çox vacibdir, bu isə kommunikasiyanın maksimal olaraq düzgün qurulmasına imkan yaradlr. İnternet məlumatın qısa bir zamanda yayılması və əhatəliyi ilə xarakterizə olunur. İnternet hər hansı bir ərazi və ya vaxt məhdudiyyətləri olmayan qlobal virtual bazardır. Əbəttə ki, PR-müraciətin hazırlanmasında, müxtəlif regionların və ölkələrin istifadəçilərinin xsusiyyətləri nəzərə alınmalıdır. Elektron məkanında, çap və efir məkanından fərqli olaraq demək olar ki, məhdudiyyət yoxdur. Burada istənilən informasiyanın yerləşdirilməsi daha asan başa gəlir.



Şirkətin adının və onun xidmətlərinin internet KİV-də hallanması, müzakirə olunması, şirkətin özündən asılı olmayan müstəqil background-PR (fon) yaradır və bu background müsbət olduğu kimi, eləcə də mənfi ola bilər. Bu səbəbdən həmən fon şirkət tərəfindən internetdə heç bir PR tədbir keçirilməsə belə, idarə olunmalıdır. Şirkət öz adının internetdə hallanmasına nəzarət etməlidir. Gündəlik media monitorinq tətbiq olunmalıdır, ehtiyac olduqda müvafiq reaksiya verilməlidir.



Ümumiyyətlə, internet neqativ fikirlər yazanlar ilə doludur. Sizin haqqınızda da mənfi rəyləri həm narazı istehlakçılarınız, həm də qəsdən rəqibləriniz yaza bilərlər. Unutmayın, online diskussiyalar aparılan qruplar və çatlar sizdən narazı qalanların ən sevimli məkanıdır, ona görə nəzarətdən kənar saxlamayın. Online monitorinq PR mütəxəssinin gündəlik işinə çevrilməlidir.



Qısaca isə İnternet şəbəkəsində PR dedikdə, adətən aşağıda qeyd olunanlar nəzərdə tutulur:



1) Web saytın yaradılması və onun daimа yenilənməsi.


2) Sosial şəbəkələrdə təmsilçilik.


3) İnternet vasitəsi ilə KİV-lə əməkdaşlığın edilməsi.


4) Reklam bannerlərinin müxtəlif saytlarda yerləşdirilməsi.


5) E-mailin elektron PR-da istifadə edilməsi.


6) Elektron monitorinqin aparılması.


7) Tədbirlərin (on-line lotoreya, viktorina, hədiyyəli müsabiqə) həyata keçirib işıqlandırılması.


8) Axtarış sistemlərində PR



Bu gün internetdə nümayəndəçiliyi olmayan ən xırda şirkət belə tapmaq çox çətindir. Şirkətin saytı və ya ən azından sosial şəbəkədə səhifəsi olmayanda şirkətə qarşı inam azalır. İnternetdə hansısa bir mənbədən sizin haqda mütləq rəsmi məlumatı almaq imkanı mümkün olmalıdır. İndiki zamanda korporativ saytın mövcud olması tək prestij məsələsi demək deyil - bu bir zərurətdir! Ümumilikdə isə bu günkü trendi nəzərə alsaq, digital PR-ın dəyərini bir cümlə ilə xarakterizə etmək olar - İnternetdə təmsil olunmamısınızsa - Siz mövcud deyilsiniz.



Qeyd: Məqalədə nümunə üçün, hər hansı bir şirkətin PR-ından söz gedir, realda isə PR obyekti istənilən şirkət, insan, ölkə, ərazi, hadisə, məhsul, xidmət və s. ola bilər.



Ardı var!