2014-cü il texnologiya dünyası üçün sürətli başladı və sürət kəsmədən də davam edir. “Facebook” sosial şəbəkəsinin “Whatsapp”ı, “Lenovo”nun isə “Motorola”nı satın almasının ardından bu dəfə də “at & t”, peyk yayımı və televiziya sahəsində xidmətləri olan “DirecTV”ni 48.5 milyard dollar dəyərində bir məbləğ ilə satın aldı.



Peyk yayımında ABŞ-ın ən böyük adlarından biri olan “DirecTV”ni tərkibinə qatan “at & t”, 12 ay ərzində tamamlanması lazım olan razılaşma çərçivəsində məbləğin bir hissəsini nağd olaraq, bir hissəsini də şirkət hissəsi olaraq ödəyəcək. İki şirkətin birləşməsi ilə birlikdə “at & t”nin 26 milyon televiziya abunəsi qazanacağı bildirilib.