Britaniyanın “Millward Brown Optimor” araşdırmalarına görə, ABŞ-ın “Google” şirkəti dünyanın ən bahalı brendidir. Şirkətin dəyəri il ərzində 40 faiz artaraq 159 milyard dollar təşkil edib.
Ötən ilki lider “Apple”şirkətinin əmtəə nişanının dəyəri 20 faiz azalaraq 148 milyard dollara enib. Bu il ilk onluğa IBM, Microsoft, McDonalds, Coca-Cola, Visa, AT&T, Marlboro və Amazon kimi brendlər daxil olub.
Qeyd edək ki, "Millward Brown Optimor" 2006-cı ildən dünyanın ən bahalı brendləri siyahısını tərtib edir. Şirkət nümayəndələri bildirirlər ki, bu, dünyada 2 milyon nəfərin sorğusuna və minlərlə şirkətin biznes göstəricilərinin dəqiq təhlilinə əsaslanan yeganə reytinqdir. Ümumilikdə, dünyanın 100 ən bahalı brendinin cəmi dəyəri 2,9 trilyon dollardır. Dünyanın ən bahalı 100 brendi ilə buradan tanış ola bilərsiniz.