IB Club Edvard Lorenzin Kəpənək Effekti teorimi Azərbaycan Gənclərinin inkişafı məqsədilə Azərbaycana gətirir. Kəpənək effekti Peşəkarlar tərəfindən Biznes, Karyera, Xaricdə təhsil və eləcə də digər mövzularda bir gün ərzində keçirilən master-klasslar toplusudur.


 


Aktual, öyrənilməsi çətin, öyrənilməsi zəruri sahələr, məlumatlar və bilgilər Kəpənək Effektinin işinə aiddir. Bu layihədə öyrəndikləriniz, gələcəyə açılan pəncərə, gələcəyə getdikcə həyatınızda baş verən dəyişikliklərin əsasıdır.


 


Bu layihənin spikerləri sahəsinin peşəkarı olan, qeyd olunan mövzunu peşəkar səviyyədə təqdim edə, izah edə biləcək, öyrədəcək peşəkarlar və gənclərdir. İlk Kəpənək Effekti 20.07.14 tarixində ITC-Beynəlxalq Trend mərkəzində 180 nəfərlik auditoriyada keçiriləcək. Bu “Doğru Karyeraya Doğru” effektidir..



İlk Kəpənək Effektində:


 


Vaxtın idarə olunması
Qərarvermə
Planlaşdırma
Girişimçilik ruhu başlıqlarında master klasslar keçiriləcək.


 


“Kəpənək Effekti” layihəsində iştirak üçün yerlər məhdud saydadır. İştirakçılar YALNIZ seçimlər əsasında seçilmiş “IB Club” üzvləri və xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq. Qeyd edilən tarixə qədər IB Club üzvü olacaq şəxslər də layihəyə qoşula bilərlər. Kəpənək Effektinin iştirakçıları İstək Məktubu əsasında seçiləcək.. İştirak tamamilə ÖDƏNİŞSİZDİR! 


 


Layihədə iştirak etmək istəyənlər istək məktubunu aşağıdakı linkə daxil olub, dolduraraq göndərməlidirlər. http://bit.do/KepenekEffekti İstək məktublarının göndərilməsi üçün son tarix 16.07.2014-dür. Adları açıqlanmış şəxslər dəvətnamələrini 13.07.14 tarixindən etibarən ofisimizə yaxınlaşaraq əldə edə biləcəklər.


 


Layihənin baş Sponsoru: LIB Dil Dərsləri


Sponsor: Çudo Peçka


Layihənin informasiya dəstəyi: Facemark.az, oley.az, ustadtv.az, Deyirman.com


Yol Gedənə açılar!


Kəpənək Effekti bir “IB Club” məhsuludur.