Bu gün 17 İyuldan etibarən "Red Jolbors Fest" reklam festivalına işlərin qəbulu başlayır və Avqust ayının 4-dək davam edəcək.



Müsabiqədə Mərkəzi Asiyadan reklam, rabitə, yaradıcılıq qurumları, studiyalar, ofis və digital-təşkilatlar, biznes şirkətləri həmçinin “MDB”dən olan təşkilatlar da iştirak edə bilər.



Elanları mütləq www.jolbors.com saytına vermək lazımdır. Bir nominasiya üzrə təqdim olunan bir işin dəyəri 20 dollar təşkil edir. Ödənişi rəsmi saytda online şəklində kredit kartı vasitəsilə etmək olar. Bu il festivalda “Reklam çarxları”, “Dizayn”, “Sosial reklam”, “Media”, “Kampaniya” və “Çap reklamı” kimi 6 kateqoriya üzrə iştirak etmək olar. Hər bir kateqoriya haqqında festivalın rəsmi saytdında məlumat əldə etmək olar.



Münsiflər heyəti:



Farhad Kuchkarov, Tomatdesign (Rusiya)


Xenia Lukicheva, AdMe.Ru (Rusiya)


Michael Grushenkov, Wireframe (Rusiya)


Çingiz Səfərov, Safaroff (Azərbaycan)


Sergey Andriyashkin, AGT(Rusiya)


Daria Sapozhnikov, (Rusiya)


Ruslan Tuqanov (Qazağıstan)



Xatırladaq ki, bu il münsiflər heyətinin sədri Rusiyanın aparıcı marka təşkilatı olan “DDVB”nin yaradıcı direktoru Dmitri Peryshkovdur. Müsabiqə ilə bağlı suallarınızı festivalın əməkdaşı olan “AdAsia”ya müraciət edərək welcome@worldofad.asia ünvanına yazmaqla verə bilərsiniz. Qeyd edək ki, “Red Jolbors Fest”- Bişkekdə keçirilən illik reklam festivaldır. Festival 2014-cü ildə 22-23 Avqust tarixində keçiriləcəkdir. Ətraflı məlumatı www.jolbors.com rəsmi internet saytından əldə etmək mümkündür.



Əlavə məlumat:



Sabina Reingold: sabinareingold@gmail.com


Tel: +996 777 997 769