Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi “McDonalds” şirkətini gələn il keçiriləcək tarixi idman yarışlarının Rəsmi Tərəfdaşı elan edib. Tərəfdaşlığa McDonalds şirkətinin restoranları, eləcə də, Bakı şəhərində və Azərbaycanın hər yerində ilk Avropa Oyunları haqqında məlumatların çatdırılmasına yönələn marketinq kampaniyaları daxilində brend tərəfdaşlığı daxildir. 


 


Şirkət öz restoranlarında müştərilərə məlumat verməklə Oyunlarla bağlı yarışlar və Bakı 2015 Avropa Oyunları üçün xüsusi olaraq tərtib olunmuş müxtəlif qidalardan ibarət menyu vasitəsilə Azərbaycanın hər yerində Avropa Oyunları ilə bağlı təbliğat işi aparacaq. 


 


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq, “McDonalds brendi dedikdə bütün dünyada əsas beynəlxalq idman yarışları yada düşür və mən şirkətin birinci Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olması haqqında sazişə imza atdığımızdan məmnunam” qeyd edib.


 


McDonalds şirkətinin Azərbaycandakı bütün restoranlarında aparılacaq marketinq kampaniyaları hər ay təxminən 750.000 müştərini əhatə edəcək. McDonalds şirkətinin Azərbaycandakı filiallarının icraçı direktoru cənab Maqsud Mirzəyev “Azərbaycan üçün bu dərəcədə əhəmiyyətli olan yarışlara dəstək göstərmək McDonalds üçün böyük şərəfdir” qeyd edib.


 


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Vijeratna əlavə etmişdir: “McDonalds şirkətinin malik olduğu böyük nüfuzu nəzərə alsaq, onun Oyunlara göstərdiyi dəstəyə etibar etmək çox gözəldir. Bu dəstək bizim Bakı 2015 brendimizə olan etibarı daha da artıracaq”


 


“McDonalds” şirkəti 1976-cı ildən etibarən hər Olimpiya və Qış Olimpiya Oyunlarının Əsas sponsoru olmuş və 2012-ci ildə sponsorluğunu daha səkkiz il müddətinə uzatmışdır. Şirkət, eyni zamanda, FİFA Dünya Kuboku kimi digər əsas beynəlxalq idman yarışlarında da təcrübə və təsdiqlənmiş bacarığa malikdir.