3 ay öncə bu animasiya filmi yayımlananda onu görən hər kəsin sifətinə bir təbəssüm qonurdu. Bu təbəssüm filmin ssenarisinin duzlu-məzəli olmasından irəli gəlirdi. 3 ay keçib. Film yenə də təbəssüm yaratmaqdadır.


 


Bu dəfə təbəssümün səbəbkarı filmin ssenarisi yox, onun qazandığı uğurdur! Bəli, “Yello Advertising”in hazırladığı bu film "Red Jolbors" festivalında ANİMASİYA nominasiyası üzrə bürünc mükafat qazandı.


 


Agentlikdə düşünürlər ki, bu çox da böyük uğur deyil. Lakin Azərbaycan reklamı adına böyük qatqıdır. Azərbaycandan olan daha bir agentlik, "KOKON" da həmçinin "Red Jolbors" festivalında təmsil olunub. "KOKON" 1 qızıl, 1 bürünc olmaqla iki mükafat qazanıb. "Red Jolbors" festivalının qaliblərinin tam siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: www.jolbors.com. Xatırladaq ki, Facemark.az "Red Jolbors"un media partnyorudur.