“Holcim Azərbaycan” şirkəti Avqustun 25-dən başlayaraq bir həftə ərzində bir sıra bölgələrimizdə sement satışı ilə məşğul olan dilerlərlə görüşlər keçirəcək. Birinci görüş Sabirabad şəhərində baş tutub.
Sabirabadda keçirilən tədbirdə sement növləri, xüsusən Qaradağ Optimal və Qaradağ Spesial haqqında və eyni zamanda şirkətin təklif etdiyi yeniliklərlə bağlı ətraflı məlumat verilib.
Əlavə olaraq, fərqli fəsillər üzrə sement növlərinin düzgün istifadəsi mütəxəssislər tərəfindən qeyd edilib. Tədbirdə şirkətin Marketinq işləri üzrə mütəxəssisi Mirzə Əliyev bildirib ki, tikinti işlərində sementin düzgün istifadəsi işin keyfiyyətinə böyük təsir göstərir: “Biz istəməzdik ki, müştərilərimiz çətinliklə üzləşsin. Bu səbəbdən də belə görüşlər hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır.”
Tədbirdə iştirak edən dilerlər də bu tip görüşlərin vacib olduğunu vurğulayıb. “Təqdimatlar zamanı səslənən fikirlərin və tanışlıq prosesinin bizim işimizə əlavə dəyər verməsini” dükan sahibi Misir müəllim əminliklə qeyd etdi. Dilerlər ilə görüşlər Masallı, Bərdə, Şəmkir, Zaqatala, İsmayıllı və Quba bölgələrində də keçiriləcək. “Holcim Azərbaycan” şirkəti müştərilən problemləri və ehtiyyacları ilə maraqlanır, onların yanında olmaqla lazımı dəstəyi göstərməkdədir.