Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkəti ilə birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində Xaçmaz şəhərinin Olimpiya İdman Kompleksində şən idman tədbirini təşkil etdi.


 


Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.


 


Tədbirin rəsmi hissəsində Xaçmaz Olimpiya Kompleksinin sədri Z.Rafiq və MOK-un İcra aparatının rəhbərinin köməkçisi H.Rzayev çıxış etmişdilər. Çıxışının sonunda H.Rzayev belə möhtəşəm tədbirin keçirilməsində Coca-Cola şirkətinə, aidiyyatı bütün hökumət, idman və qeyri-idman qurumlarına, tədbirin təşkilatçılıq işlərində könüllü kimi iştirak edən insanlara xüsusi təşəkkürünü bildirdi. Bədii və əyləncəli nömrələrdən sonra  yarışmaya start verildi. Qaliblərə və yarış iştirakçılarına  Beynəlxalq Olimpiya Komitəsinin diplomları, Milli Olimpiya Komitəsinin və Coca-Cola şirkətinin hədiyyələri ilə mükafatlandırıldılar.


 


Növbəti tur oyunların qalibləri Əlipaşayevlər ailəsi oldu. Proqram çərçivəsində gələcək müsabiqələr Bakı və Azərbaycanın regionlarında keçiriləcək. Paytaxt və  regional məktəblərdə sağlam həyat tərzi seminarları və idman yarışları keçirilir. Qeyd edək ki, Olimpiya çempionu Fərid Mansurov və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva FASA-nın daimi səfirləridir. Coca-Cola şirkəti bu cür tədbirlərin təşəbbüsünü sağlam həyat tərzinin təbliği məqsədi ilə, kütləvi idmanın inkişafınıhəyata keçirir.