İlin ən çox gözlənilən video oyunu olan “Destiny” bir gün ərzində öz yaradıcıları “Bungie” və “Activision Blizzard”a 500 milyon dollar qazandırdı. “Destiny” video oyununun satışı eyni zamanda 178 ölkədə bazara təqdim olundu.



“Biz əvvəlcədən də inanırdıq ki, bizim investisiya və “Bungie” olan inam bütün tələbləri ödəyəcək. Ancaq biz təxmin belə etməzdik ki, bir gün ərzində belə bir nəticəyə çatmış olarıq”, “Activision Publishing” təşkilatının icraçı direktoru Eric Hirshberg bildirib. “Destiny” XXVIII əsrdə Dünyada baş verən hadisələri əks etdirən online-atıcı, fantastik video oyundur.