Bildiyimiz kimi Oktyabr ayının 1-dən Marketing AİR ++ praktiki marketinq təlimləri yenidən start götürür. Xatırladaq ki, Marketing AİR ++ praktiki marketinq təlimləri artıq 3-cü ildir ki, keçirilir.
Üç ildə keçirilən təlimlərdə 4 belə praktiki marketinq təlimləri keçirilmiş və 200-dən çox məzunu olmuşdur. Təlimlər 01 Oktyabr tarixindən başlayaraq 2 ay ərzində 20 mövzu üzrə davam edəcəkdir.
Təlimləri kim keçəcək?
İlkin Manafov- German Studio şirkətinin rəhbəri
Anar Bayramov-Azqranata şirkətinin vitse-prezidenti
Rafiq Vəliyev-İdeal parfum və kosmetika mağazaları şəbəkəsinin marketinq direktoru
Təlimlər harada keçiriləcək?
İndiyə qədər təlimlər müxtəlif məkanlarda keçirilmişdir. Bu dəfəki təlimlər isə “Dəmirçi Plaza”da keçiriləcəkdir. “Dəmirçi Plaza”da keçiriləcək təlimlər həftədə 3 dəfə olmaqlaiş vaxtından sonra, yəni saat 19:00-da başlayıb 21:00-da bitəcəkdir.
Təlimlərdə necə iştirak etmək olar?
Marketing AİR++ təlimlərində iştirak etmək üçün www.facemark.az saytında xüsusi olaraq yaradılmış http://marketingair.facemark.info/ linkindən istifadə edərək qeydiyyatdan keçmək lazımdır . Yuxarıda qeyd olunmuş linkdən istifadə etməklə qeydiyyatdan keçirsiniz və Sizə qeydiyyatdan keçdiyinizi təsdiqləyən cavab e-maili gələcəkdir. Daha sonra isə Sizinlə telefon və maillə əlaqə saxlanılaraq lazımı məlumatlar veriləcəkdir. Yuxarıda qeyd etdiyimiz kimi treninqlərin ilk günü 01 Oktyabr 2014-cü il olaraq nəzərdə tutulub. Qeydiyyat isə 25 Sentyabr 2014-cü il tarixində bitir.
İştirak haqqı:
Marketing AİR++ təlimlərində iştirak haqqı 150 azn-dir. Marketinq AİR-ın daha öncəki məzunları üçün isə qiymət xüsusi olaraq 100 azn-dir. Həmçinin şirkətlər üçün xüsusi, sərfəli korporativ paketlər də nəzərdə tutulmuşdur. Şirkətlər üçün nəzərdə tutulmuş korporativ qiymət120 azn-dir.
Əlaqə vasitəsi:
Təlimlərlə bağlı hər hansı sual və məlumat üçün marketingair@facemark.az mailinə yaza və ya 070 333 05 30 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.