Maliyyə sektorunun tarixində ilk dəfə olaraq, "Bank of Baku" online yardım təqdimatı ilə kredit verməyi təklif edir.  Bu yenilik "Bank of Baku" və "elektron arayış” portalının əməkdaşlığı  sayəsində mümkün olmuşdur.


 


Saziş Rabitə Nazirliyinin İnformasiya Mərkəzi, Azərbaycan Respublikası Yüksək Texnologiyalar mərkəzi və “Bank of Baku” arasında imzalanıb.


 


Kreditin rəsmiləşdirilməsi üçün aşağıdakı üsul təklif olunur:


 


İlk öncə www.e-gov.az internet saytında “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” keçidi ilə qeydiyyatdan keçmək və məlumatı banka göndərmək lazımdır.  qeydiyyatdan keçən zaman “ASAN imza” elektron imzasından və yaxud da xüsusi koddan istifadə etmək mümkündür. Bu kodu əldə etmək üçün mütləq online qeydiyyatdan keçmək lazımdır.


 


Kodu həmçinin bütün poçt şöbələrində ödənişsiz olaraq da əldə etmək mümkündür. Müqavilə əsasında bank filialları İnformasiya Texnologiyaları Mərkəzinin qeydiyyatdan keçmə məkanlarının fəaliyyətinə  başlayacaq. Şəxsiyyət təsdiqləndikdən sonra vətəndaş müvafiq kodu əldə edə bilər. Kod sayta şəxsi kabinetə daxil olmaq və elektron arayış göndərmək üçün vacib lazımdır. Müştəri ofis, ev və ya bankdan elektron arayış göndərə bilər.


 


Göndərilən ərizə elektron şəklində imzalanacaq. Ödəmə qabiliyyətindən və kredit tarixindən asılı olaraq “Bolkart” və ya “Dostlar Klubu” kartı  təklif olunacaq. Artıq “Bank of Baku”nun baş ofisində (Atatürk pr., 42) elektron arayış verilməsi proseduru başlayıb. Bu aydan etibarən bankın bütün paytaxt və regional filiallarında elektron arayışlar qəbul olunacaq. “Bank of Baku” və “elektron arayış " əməkdaşlığı çərçivəsində tezliklə növbəti innovativ layihələr elan olunacaq.


 


Daha ətraflı:


 


145 xidməti


www.facebook.com/bankofbaku