İnternetin və sosial media hər bir insanın həyatında böyük yer tutması danılmazdır. Bu bəşəri bir trenddir. UM Wave layihəsi 2006-cı ildən başlayaraq 65 ölkədə, 50 minə yaxın aktiv internet istifadəçiləri arasında onlayn sorğu keçirməklə, qeyd edilənləri ətraflı olaraq araşdırır.
Və Azərbaycan ilk dəfədir ki, bu sorğuya qatılır. Əgər internetdən, sosial şəbəkələrdən və müasir texnologiyalardan aktiv istifadə edirsinizsə və yaşınız 16-54 arasındadırsa, aşağıdakı link vasitəsilə sorğuda iştirak edə bilərsiniz.
45 dəqiqəlik sorğuda iştirak etməklə Azərbaycanın ilk dəfə olaraq, bu beynəlxalq layihədə yer almasını təmin edəcəksiniz. Nəticələr internetdə açıq şəkildə yayımlanacaq. Daha əvvəlki sorğuların nəticələri ilə isə, internetdə “UM Wave”i axtarış etməklə, tapa bilərsiniz:
http://www.globaltestmarket.com/survey/start.phtml?sn=317610&lang=RU&secid=ca2567