Keyt və Castin Rouz Fondu (“Kate and Justin Rose Foundation”) üçün vəsaitləri artırmaq məqsədi Böyük Britaniyanın Qari Lineker (GaryLineker), Cemi Rednap (JamieRedknapp), İanRayt (IanWright) və CodiKid (JodieKidd) kimi idman ulduzları və məhşurları keçmiş “US Open” çempionunu dəstəklətib.


 


Ötən həftənin sonunda Qliniqlsda (Şotlandiya) Avropa komandasının qələbəsində oynadığı həlledici rolun ardınca keçmiş “US Open” çempionu Castin Rouz “BritishAirways” aviaşirkətinin “Boeing 747” təyyarəsinin qanadından atdığı vuruşda bacarığını nümayiş etdirərək yüksəlməyə davam etdi.


 


“British Airways” və 34 yaşlı ingilis arasındakı tərəfdaşlığı qeyd edən aviaşirkət Keyt və Castin Rouz Fondu üçün vəsait və məlumatlılığı artırmağa yardım edib. Fond qolf ulduzu və xanımı tərəfindən uşaqları qidalanma, təhsil və təcrübə vasitəsi ilə həvəsləndirmək üçün yaradılıb. Londonda təyyarələrin mühəndis anqarında baş tutmuş tədbirə Rouz keçmiş ingilis futbol komandasının kapitanı, BBC-də “Günün oyunu” proqramının aparıcısı Qari Lineker, “Liverpul” unsabiq yarımmüdafiəçisi Cemi Rednap, İngiltərə yığmasının və “Arsenal” komandasının hücumçusu İan Rayt və dəb ikonası Codi Kidə qoşulub.


 


Qanad əhatəsi 64 metr, hündürlüyü isə 6,1 metrtəşkil edən, “British Airways” şirkətinin “Boeing 747” təyyarəsinin qanadında dayanaraq, Rouzxeyriyyə məqsədi ilə təşkil olunmuş yarışda 180 yardlıq məsafədən dəqiq zərbə endirib. Həris qolferlər Qari Lineker, Cemi Rednap, İan Rayt və Codi Kid öz növbələrində Rouzun uğuru ilə yarışmaq üçün zərbələri 160 yard məsafədən endiriblər. Üçüncü “RyderKuboku”nda Avropanı təmsil edən, doğma evində isə ilk dəfə çıxış edən  Castinin hissləri yüksək idi, ələxsusda iki illik turnirdə komandasının qələbəsindən sonra.


 


"Bu həftə sonu komanda üstün oyun nümayiş etdirdi, “Ryder Kuboku”ndan yenidən qalib komanda kimi qayıtmaq fantastikbir hissdir. Bu hissi Atlantik okeanın üzərindən yenidən uçmazdan əvvəl “British Airways”ın “Boeing 747” təyyarəsinin qanadına özümlə daşımaq  başqa həyacan idi”, - deyə Rouz bildirib. "Mən bu çağırışdan zövq aldım və “British Airways” şirkətinə Keyt və Rouz Fonduna təqdim etdiyi təyyarəyə görə təşəkkürümü bildirirəm – bu bizim kampaniyaya böyük fərq qatacaq". "Biz Castinlə bir daha işləməyə şadıq, çünki o, Britaniya idmanının ikona simvollarından biridir.


 


Biz, həmçinin, Castin və KeytRouz Fonduna gördükləri böyük işdə yardımçı olomağa, onları təyyarə ilə təmin etməkdən də məmnunuq”, - deyə “British Airways” şirkətinin brend və müştəri təcrübəsi direktoru Frank vander Post qeyd edib. Ötən il “US Open” turnirində qalib olmuş, 17 il ərzində birinciliyi əldə edən ilk ingilis oyunçusu Rouz bu ilin noyabr ayında Birləşmiş Ərəb Əmirləklərində yerləşən “Jumeirah Golf Estates”də baş tutacaq “DP World Tour Championship” çərçivəsində keçirilən Avropa turunun finalını başa vurmaq üçün Dubaya yola düşəcək.


 


“British Airways” haqqında:


 


• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir


• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir


• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir


• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır


• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir


• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır


• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.