Bakı şəhər metropoliteni 6 Noyabr 1967-ci il tarixdən fəaliyyətə başlamışdır. Hər gün şəhər sakinlərinə 22 metro stansiyası xidmət edir. 2013-2014-cü illərdə bir neçə stansiyalarda əsaslı bərpa işləri aparılmışdır.
“Bakı Metropoliteninin inkişaf planı”na əsasən 2040-cı ilə qədər Bakıda 70 metro stansiyasının tikilməsi nəzərdə tutulmuşdur. Lakin loqo və nümayəndəlik Sovet İttifaqi dönəmindən qalaraq dəyişilməmişdir.
JIS komandasının məqsədi loqo və xəritəni yeni, müasir formatda hazirlamaq, bununla belə şəhər sakinləri üçün illər uzunu adət etdikləri təəssüratlari qoruyub saxlamaq idi.
Lakin loqonu forma baxımından təmamilə dəyişdirilərək Bakı Metropoliteninin fərdiliyini əks etdirən loqo yaratdılar. Bakı Metropolitenində mövcud olan atributların rebrendinqi əsasında JİS komandası yeni mobil əlavəsini yaratmışdır. Bu əlavə metro xidmətlərindən yerli sakinlər və həmçinin turistlər üçün maksimal rahat istifadə imkanı yaradır. Təşəbbüs studiya tərəfindən verilmişdir. Layihə 2014-cü ilin İyul ayında Bakı şəhər Metropoliteninə təqdim olunmuşdur.