Şirkətlərarası “Yaşıl Futbol 2” turunun finalı baş tutdu. Sentyabr ayının 13-dən start verilən oyunlarda Hyundai Auto Azerbaijan, Jeep Auto Azerbaijan, Avesta Concern, Baku Shipyard, Mado, DəmirBank, Kapital Bank, Özsüt şirkətlərinin komandaları iştirak edirdilər.


 


Finalda Kapital Bank və Hyundai Auto Azerbaijan şirkətləri qarşılaşdılar. Oyun Kapital Bankın qələbəsi ilə bitdi və beləliklə “Yaşıl Futbol 2” turunun qalibi Kapital Bank oldu.


 


Nəzərinizə çatdıraq ki, “2 Qapı-1 Hədəf” şüarı altında keçirilən futbol turunun məqsədi şirkətləri sosial məsuliyyətli olmağa çağırmaq və KSM-ə dəstək olmaqdır. Komandaların və azarkeşlərin həvəslə iştirak etdikləri turdan əldə olunan vəsait KSM tədbirinin həyata keçirilməsinə yönəldiləcək.


 


Xatırladaq ki, komandaların şirkət nümayəndələrindən ibarət “Yaşıl Futbol1” 2012-ci ildə keçirilib. “Yaşıl Futbol1” turundan əldə olunan gəlir bir ekoloji və xeyriyyə aksiyasının təşkilinə sərf edilib.“Yaşıl Futbol” turuna aid bütün məlumatları turun rəsmi facebook səhifəsindən - www.facebook.com/Yashil.Futbol.Turu əldə etmək olar.