Təsadüf elə gətirdi ki, bu dəfə Qurban Bayramı ilə Müəllim Günü üst-üstə düşdü. Hər zaman önəmli bayramlarda insanları sevindirməyə alışmış İdeal parfüm və kosmetika mağazaları şəbəkəsi bu xoş təsadüfü daha da xoş etmək üçün genişmiqyaslı hədiyyə və endirim kampaniyası elan etdi.
Bayramlar 2 ikən 3 oldu! Bu xoş xəbəri insanlara duyurmaq işini isə bu dəfə də Yello Advertising-ə həvalə etdi. Agentlik də necə deyərlər, qollarını çirmələdi, “Bayramlara bayram qatdıq!” konsepti əsasında və İDEAL bayram gƏTİRir! şüarı ilə bir film və bir radioçarx ərsəyə gətirdi.