“AtaBank” ASC-nin 1 Mart 2014-cü il tarixindən start verdiyi "Al, Poz, Qazan" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 22986 ədəd lotereya bileti paylanılmışdır.


 


Uduş kampaniyasında iştirak edən müştərilərin lotereya biletləri əsasında 38326 AZN pul mükafatı qazanılmışdır. Qeyd edək ki, lotereya kampaniyası 01 Mart 2014-cü il tarixindən 31 Dekabr 2014-cü il tarixinədək davam edəcəkdir.


 


Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. 


 


Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. 


 


Plastik kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank” ASC-ninPOS-terminallarının sayı 17 000-ə yaxındır.


 


POS-terminalların siyahısı -http://atabank.com/?sid=430


Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com  saytına,


www.facebook.com/atabank  və https://twitter.com/AtaBank  səhifəsinə daxil olmaq olar.