“Ryder Kuboku”nda uğurundan dərhal sonra Avropa qəhrəmanı Castin Rouzunikal xeyriyyə sınağında iştirak etmək üçün Şotlandiyadan “British Airways” aviaşirkətinin Londondakı mühəndis anqarına uçub.


 


Bu sınaq qolf ulduzu və xanımı tərəfindən uşaqları qida, təhsil və təcrübə ilə həvəsləndirmək üçün yaradılmış Keyt və Castin Rouz Fondunun vəsait və məlumatlılığını artırmağa yardım vasitəsi kimi keçirilib.


 


Qanad əhatəsi 64 metr, hündürlüyü isə 6,1 metr təşkil edən, “British Airways” şirkətinin “Boeing 747” təyyarəsinin qanadında dayanan Rouza keçmiş ingilis futbol komandasının kapitanı, BBC-də “Günün oyunu” proqramının aparıcısı Qari Lineker, “Liverpul”un sabiq yarım müdafiəçisi Cemi Rednap, İngiltərə yığmasının və “Arsenal” komandasının hücumçusu İan Rayt və dəb ikonası Codi Kid qoşulub. Onların hədəfi xeyriyyə uçuşlarını təmin etmək üçün qolf topları ilə180 yardlıq məsafəyə dəqiq zərbə endirmək olub.


 


Güclü külək qolferlərin sınağını daha da çətinləşdirib, beləki, Castin Rouz hədəfi səthi nişana alır, Cemi Rednap isə topun yaşıl sahəyə dəyərək sıçramasından sonra uğur qazanıb. “Bu, gözlədiyimdən də çətin idi”, - deyə Rouz bildirib, - “Mən bu günə qədər “British Airways”ın “Boeing 747” təyyarəsinin qanadından atdığım vuruş kimi unikal vuruşla qarşılaşdığımı düşünmürəm! İanRayt günün ən sərrast atışına imza atdı, amma bunu qiymətləndirmək üçün siz mütləq əsas məqamları izləməlisiniz!”


 


“British Airways” aviaşirkətinin “Boeing747” təyyarəsinin qanadından zərbə endirən Castin Rouza,Qari Linekerə, Cemi Rednapa, İan Rayta və Codi Kidə burada izləmək mümkündür: http://youtu.be/rgc5pNhgPvo“British Airways” şirkətinin brend və müştəri təcrübəsi üzrədirektoru Frank vander Post əlavə edib: “Bugün fantastik gün idi, Castin və onun idmançı dostlarının səyi sayəsində biz Castin vəKeyt Rouz Fonduna10 uçuş hədiyyə etdik”. 


 


Castin Rouz bu ilin noyabr ayında Birləşmiş Ərəb Əmirləklərində yerləşən “Jumeirah Golf Estates”də baş tutacaq “DP World Tour Championship” çərçivəsində keçirilən Avropa turunun finalını başa vurmaq üçün Dubaya yola düşəcək. Dubayda olarkən o, Castin Rousla görüşmək və ondan məşq almaq üçün “British Airways”lə Dubaya uçan məhdud saylı yarış qalibləri üçün açıq olacaq eksklüziv qolf klinikasında ev sahibliyi edəcək. Gələcək xəbərlər haqqında daha ətraflı məlumat əldə etmək şansı qazanmaq üçün linki izləyin www.britishairways.com


 


“BritishAirways” haqqında:


 


• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir


• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir


• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir


• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır


• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir


• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır 


• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.