Dünya şöhrətli şotland viskisi olan “Grants” #IOU (I OweYou) adlı yeni qlobal kampaniya çərçivəsində Azərbaycanda foto-müsabiqəyə start verir. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar #IOU həştəqi ilə həyatlarına xüsusi bir rəng qatan insanla birgə “Facebook”da şəkil yerləşdirməlidirlər.
Bu, valideyinlər, dostlar və ya kolleqalar ola bilər. Şəkilin təsvirində müsabiqə iştirakçısı şəkil çəkdirdiyi insana nəyə görə minnətdar olduğunu ifadə etməlidirlər. Müsabiqənin yekunlarına görə, Oktyabrın 15-dək ən çox “Like” yığan 20 iştirakçı “Grants” qarışıq viskisi hədiyyə alacaq.
İlhamlandırıcı təsvir yazan digər 20 iştirakçı isə minnətdarlığını bildirən insanlarla birgə oktyabrın 16-da “Baku Jazz Center”də keçiriləcək “#IOULaunchParty” qapalı əyləncə gecəsinə dəvət alacaqlar. Gecənin xüsusi qonağı “Grants” viskisinin Rusiyadakı brend-ambasadoru Nikita Borodin olacaq. Xatırladaqki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib.
Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir- birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.
“William Grant & Sons” haqqında:
“William Grant & Sons Ltd” - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “TheBalvenie”, “Tullamore D.E.W.”, “Grants”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.