Artıq 9 AZN-ə 75 yox 105 telekanal ilə xidmətinizdəyik!
"Connect"dən verilən məlumata görə, abunəçilərə daim yüksək keyfiyyətli xidmət göstərən şirkət bunun üçün dünyada istifadə olunan ən son avadanlıq və texnologiyalardan istifadə etmişdir. Yeni TV şəbəkənin qurulması ilə bir çox imkanlar və üstünlüklər yaranmışdır:
-TV qəbuledicinin çıxışında rəqəmsal və HD çıxış dəstəyi,
-Multifunksional menyu: oyunlar, uşaqlardan bəzi kanalları gizləmək, balansa nəzarət etmək, programlara baxmaq (EPG) və proqramların yazılması və vaxta görə sazlamaqla verilişləri yazmaq və yenidən baxmaq;
-Yaddaş kartından (Flash card) istifadə etməklə şəkillərə baxmaq, musiqi dinləmək (MP3), yazılmış filmləri və verilişləri izləmək,
-Yenilikləri tele ekranda SMS vasitəsilə abunəçilərə çatdırımaq və s.
Bundan əlavə, tətbiq olunan yeni texnologiya abunəçilərə daha keyfiyyətli səs və görüntü effekti ilə daha çox telekanala baxmaq imkanı vermişdir. Bu imkanları abunəçiyə təqdim etmək üçün yeni TV qəbuledicilər artıq abunəçilərə və yeni istifadəçilərə güzəştli şərtlərlə təklif olunur. Bundan əlavə şirkət yeni TV sistemə qoşulmaq arzusunda olanlar üçün “Yeni Connect TV-yə Xoş Gəldin Kampaniyası” da artıq başlamışdır. (Kampaniyalar haqqında ətraflı məlumatı www.connect.az internet səhifəsindən öyrənə bilərsiniz.)
10.10.2014-01.12.2014-cü il tarixlərdə cari və yeni müştərilər üçün keçiriləcək kampaniyanın şərtləri aşağıdakı kimidir:
1. Cari 60 (dil seçimi ilə 75) telekanal və 90 (dil seçimi ilə 105) telekanal paket abunəçiləri yeni TV şəbəkəsinə keçmək üçün işlək vəziyyətdə olan köhnə TV qəbuledicini təhvil verəcək. Yeni TV qəbuledicini güzəştli qiymətlə - 37 AZN-ə alacaq və abunəçiyə “Xoş Gəldin kampaniyası” olaraq 2 aylıq xidmət pulsuz olaraq təqdim ediləcəkdir. TV qəbuledicisinin quraşdırılması müştərilərə əlavə xərc olmadan Connect şirkəti tərəfindən pulsuz olaraq həyata keçiriləcəkdir.
2. Yeni TV şəbəkəsinə qoşulan yeni abunəçilərə də “Xoş Gəldin kampaniyası” olaraq 2 aylıq xidmət pulsuz olaraq təqdim ediləcəkdir.
"CONNECT" - SİZİ QOŞUR DÜNYAYA!
Kampaniya haqqında ətraflı məlumatı Connect Məlumat Mərkəzindən –tel: 159, www.connect.az internet səhifəsindən və ya www.facebook.com/CONNECT.LTD səhifəsindən əldə edə bilərsiniz.