"La Cravatta Baku" şirkəti "Zadi International" şirkətinin Andrews Ties brendinin Bakıdakı rəsmi distribyutorudur. Brend Azərbaycanda 2013-cü ilin Oktyabr ayının 10-dan etibarən təmsil olunur.
Şirkət bir satış nöqtəsi ilə xalqın xidmətindədir. Brend dünyada 100-dən artıq satış nöqtəsində fəaliyyət göstərir. Mağazada hər cür çeşiddə qalstuklar, sancaqlar, köynəklər, və digər kişi aksesuarları, eləcə də qadınlar üçün yun şərflər və yaylıqlar satılır.
Satılan malların hamısı İtaliyadan gətirilmişdir. Şirkətin hədəfi xalqın gözəlliyinə gözəllik qatmaq, bunu üzə çıxardıb nümayiş etdirməkdən ibarətdir. Şirkə tərəfindən həmçinin korporativ şəkildə geyim və aksesuarların satışı da həyata keçirilir. Şirkətlərin loqolarının geyimlərin üzərinə tikilməsi, loqonun əks olunaraq toxunduğu ipəkdən əl ilə hazırlanmış qalstuklar və s. kimi xidmətlər mövcuddur.
“GÖZƏL BAĞLANMIŞ QALSTUK HƏYATDA ATILMIŞ İLK CİDDİ ADDIMDIR” - OSCAR WILDE.
"Facemark.az" Sizlərə Admedia reklam agentliyi tərəfindən hazırlanmış Andrews Ties brendinin koorparativ reklam çarxını təqdim edir.