Azərbaycanın gigiyenik kağız məhsulları bazarında lider olan SUN istehlakçıların illər ərzində rəğbətini qazanmış bir markadır. 20 ilə yaxın dövürdə  ilk yerli markalardan biri olan SUN gigiyenik kağız bazarında Azərbaycanın keyfiyyət standartı halına gəlmişdir.


 


Bu önəmli hal fərqli, daha maraqlı və özünəməxsus bir reklam kampaniyası vasitəsi ile duyuruldu və Azərsun tarixində ilk dəfə olaraq 3D animasiya reklam filmi işıq üzü gördü.


 


Filmin əsas konsepti və mesajı – 20 ildir ki, bərabər böyüyərək, gözəl günlərə gəlib birlikdə çatmaqdır. Tez inkişaf edən və illər ərzində inanılmaz dərəcədə dəyişilərək, gözəlləşən bir məkan kimi, Bakı başlanğıc filmə tam uyğun olaraq, seçilmişdir. Reklam kampaniyasının ssenarisinə uyğun, simvolik SUN maşını yoluna Azərbaycan paytaxtından başlayır və bölgələrə tərəf irəliləyir.


 


Növbəti reklam filmləri daha qısa və artıq bölgələri əhatə edəcək şəkildə hazırlanacaqdır. Hədəf auditoriyası gündəlik, həmçinin özəl günlərdə istifadə etdikləri gigiyenik kağızlara diqqət ayıran, əsasən 25 yaş üzərində olan xanımlardır. Reklam filmi boyunca SUN maşınının hərəkətini arxa fonda səs müşahidə edir. İllər ərzində  inkişaf edən Vətənimizin böyüyən markası olan SUN ilə “Həyat gözəl olSUN” mesajını istehlakçılara çatdırmaqdır.


 


Uzun müddət bazarda mövcud olan bir marka üçün tanıtım məqsədi ilə reklam filminin çəkilməsi düzgün olmazdı. Bunun üçün istehlakçılara müraciət edərək illər ərzində onların dəstəyi nəticəsində hara gəlindiyini xatırladaraq və gələcək uğurlara hədəflənərək, yola yenədə birgə davam etməyi çatdırmaqdır.