Artıq bu gün “British Airways” aviaşirkətinin ilk “Airbus A380” (“Superjumbo”) təyyarələri ilə Vaşinqtondan Londonun “Hitrou” hava limanına yola düşən birinci sinif və biznez sinif müştəriləri bonus olaraq şirkətin yenidən istifadəyə verilmiş istirahət zalından faydalana biləcək.
Təkmilləşdirilmiş istirahət zalı indi 10 min kv. metrlik sahəsi ilə 200 müştəriyə xidmət göstərməyə malikdir. Bu zal bar sahələri, biznes obyektləri, dadlı yeməklər, duş otaqları və özəl VIP-zonalar ilə fərqlənir.
Londonun “Hitrou” aeroportunun 5-ci Terminalında aparıcı qalereyaların üslubunu əks etdirən istirahət zalı müştərilərin istirahət edə biləcəyi və ya işləyəcəyi sahələri nəzərə almaqla inşa olunub. Birinci sinif ilə səyahət edən müştərilər üçün rahatlıq və özəllik təklif edən yemək otağı fəaliyyət göstərir, biznes sinfi ilə səyahət edənlər isə uçuşdan əvvəl nahar zamanı enmə zolağına açılan görüntüdən həzz alacaqlar.
Yüngül qəlyanaltı etmək istəyənlərə yeni zal “Twinings” çayı vəyenicə üyüdülmüş əla növ qəhvə daxil olmaqla geniş seçim təklif edir. Dəbli yeni barda isə pulsuz şərab və spirtli içkilərin dadına baxmaq mümkündür. Vaşinqton istirahət zalı “Newark”, “CapeTown”, “Edinburgh” və“Belfast City” zallarından sonra yenidən istifadəyə verilmiş ən son zaldır.
Eyni zamanda, 97 biznes, 14 birinci sinif oturacağı daxil olmaqla, ümumilikdə 469 sərnişin tutumu ilə səmada ən böyük kommersiya təyyarəsi olan A380-nin istifadəsi üçün əlavə yer açılacaq. Uçuş iki ABŞ və Böyük Britaniya paytaxtları arasında ilk və yeganə dayanmadan fəaliyyət göstərən A380 xidmətidir və təyyarə “British Airways”in “First Class”, “Club World”, “World Traveller Plus” və “World Traveller” sinifləri kabin seçimlərini təklif edir. A380 təyyarəsi ilə Vaşinqtondan Londona uçuşlar həftədə 5 dəfəyerinə yetiriləcək.
Sözügedən marşrut üzrə uçuşların sayı oktyabrın sonundan etibarən artacaq və “Boeing 747” və “Boeing 777” təyyarələri ilə həyata keçirilən aviareysləri də nəzərə alsaq, bu marşrut üzrə uçuşlar gündəlik yerinə yetiriləcək. “British Airways” şirkəti hazırda A380 təyyarəsi ilə Los-Anceles, Honq-Konq və Yohannesburqa uçuşlar həyata keçirir, eyni zamanda, bu ilin oktyabrın 28-dən etibarən Sinqapura, 2015-ci ilin aprel ayından isə San-Fransiskoya uçuşlara başlayacaq.
“British Airways” aviaşirkəti havada və yerdə həyatı daha rahat etmək üçün yeni təyyarə, rahatkabin, zərif salonlar və yeni texnologiyalara yatırılan 5 mlrd. funtsterlinq investisiyanın bir hissəsi kimi 2016-cı ilə qədər 12 “Airbus A380” təyyarəsi sifariş edib. Müştərilər sifarişlərini aviaşirkətin www.ba.com veb-səhifəsi vasitəsi ilə də edə bilərlər.
“British Airways” haqqında:
• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• “BritishAirways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb