1901-ci ildə İtaliyada fəaliyyətə başlayan DeAgostini Editore nəşriyyat evi artıq Azərbaycana da öz məhsullarını rəsmi olaraq idxal etməyə başlamışdır. DeAgostini nəşriyyat evi illik dövriyyəsi 500 million avro ilə, dünyada ən böyük nəşriyyat evlərindən biridir.


 


Partwork və kolleksiya nəşrlər seqmentində isə dünya lideridir (dünyada bazar payı 50% təşkil edir). DeAgostini özünəməxsus nəşrlərlə dünyanın 46-dan çox ölkəsində məhsullarını təqdim edərək, böyük müvəffəqiyyət qazanmışdır.


 


Nəşrlərlə birlikdə, uşaqlar üçün müxtəlif maarifləndirici və əyləndirici kolleksiyalardan tutmuş, daha böyüklər üçün isə ən son rəqəmsal texnologiyalara (iPhone, iPad və s.) yönəlik aksessuarlara qədər geniş çeşiddə məhsullar təqdim olunacaqdır. DeAgostini kataloqunda uşaqlar, qadınlar, kişilər, kolleksiya və modelizm həvəskarları üçün nəzərdə tutulmuş müxtəlif məhsullar tapmaq mümkündür.


 


İlkin mərhələdə DeAgostini Azərbaycan bazarına uşaqların sevimlisinə çevriləcək “Magic Dogs” kolleksiyası ilə daxil olmuşdur. Bu əyləncəli kolleksiyaya şəhərimiz köşklərində sahib ola bilərsiniz. DeAgostini-nin Azərbaycanda yayımçı partnyoru “Qasid” şirkətidir. Media partnyoru isə Dentsu Aegis Network-un Azərbaycandakı agentliyi OMM/Carat-dır.


http://www.deagostini.it/


http://www.carat.com/