Dünya şöhrətli şotland viski brendiolan “Grants” Azərbaycanda #IOU (I OweYou) adlı qlobal kampaniyaya start verib. Azərbaycanda bu kampaniya yekunu “Baku Jazz Center”dətəşkil olunan “#IOU Launch Party” tədbiri çərçivəsində keçirilən xüsusi minnətdarlıq foto müsabiqəsi ilə start götürüb.


 


Müsabiqə iştirakçıları, KİV nümayəndələri və digər qonaqların dəvət olunduğu tədbiri giriş sözü ilə “Grants”ın Rusiyadakı brend səfiri Nikita Borodin açıb.


 


Tədbir çərçivəsində o, şotland viskisinin tarixi barədə danışıb. Sözügedən viskinin ilk butulkası “William Grant & Sons” ailə şirkətinin açılışından 11 sonra – 1898-ci ildə süzülüb. Borodin qeyd edib ki, 1957-ci ildə “Grants” viskisi dizaynı Qans Şleger tərəfindən hazırlanan yeni üçbucaq butulkada buraxılıb. O, viskinin rəngini və keyfiyyətini nümayiş etdirən, eyni zamanda, saxlanma baxımından effektiv olan zərif və qeyri-standart butulka yaratmağa cəhd edib.


 


Bundan başqa, N. Borodin “William Grant & Sons” şirkətinin müxtəlif istehsalat xətlərindən, insanın əhvalından və hadisədən asılı olaraq viski seçimindən, həmçinin, istehsal zamanı 30 növ səməni viskisi istifadə olunan “Grants”ın zəngin və mürəkkəb dadından danışıb. “Hər bir viskinin fərdiliyi mövcuddur və sortun seçimində əsas meyar viskinin müqayisəsi deyil, şəxsi duyğulardır – məhz sizə hansı viskinin uyğun olduğunu anlamaqdır”, - deyə “Grants”ın səfiri əlavə edib. 


 


Tədbir çərçivəsində ən çox “like” toplamış müsabiqə iştirakçılarına “Grants” viskisi hədiyyə olunub. Viski və qəlyanaltı ilə zəngin olan axşam qeyri-rəsmi və dostluq şəraitində, gözəl DJ musiqisi sədaları altında keçib. Xatırladaq ki, fotomüsabiqənin şərtlərinə əsasən, iştirakçılar #IOU heşteqi ilə həyatlarına xüsusi bir rəng qatan insanla birgə “Facebook”da şəkil yerləşdirməli idilər. Şəkilin təsvirində müsabiqə iştirakçısı şəkil çəkdirdiyi insana nəyə görə minnətdar olduğunu ifadə etməli idi. 


 


Qeyd edək ki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində Sentyabrın 25-dən start götürüb. Kampaniyaya video-çarxın (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) nümayişi ilə başlanılıb ki, burada həyatda bir-birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.



 


“William Grant & Sons” haqqında:


 


“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “TheBalvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.