Azərbaycan Respublikası “Mərkəzi Bank”ı tərəfindən vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş mexanizmlərindən istifadə edilməklə toplanılması üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nın loqosu yenilənib.
“Hökumət Ödəniş Portalı”nın loqosunun yenilənməsi məqsədi ilə keçirilmiş açıq müsabiqənin çoxsaylı iştirakçıları arasından Əliyev Elmibəy Əli oğlu qalib seçilmişdir.
Loqonun hazirlanmasında əsas məqsəd qurumda müxtəliv növ xidmətlərin gostərilməsini bildirmək, eyni zamanda qurumun Azərbaycan dövlətinə məxsusluğunun ifadə olunması nəzərdə tutulmuşdur. Həmçinin loqonun lokanikliyi, sadəliyi və müasir tələblərə cavab verməsi tapşırığı uğurla həyata keçirlmişdir.