Bildiyiniz kimi, bu il Facemark olaraq ilk dəfə “Marketing Festival”ın partnyoru olduq və festivalda iştirak imkanı da əlimizə düşüncə fürsətdən yaralanmağa qərar verdik.
Festivalda təşkilatçılıq və spikerlərin çıxışları haqqında götürdüyüm qeydlərdən bir yazı ərsəyə çıxartmağı özümə borc bildim. İlk öncə bu imkanı yaratdığı üçün Facemark kollektivinə təşəkkürlərimi bildirirəm.
Festival 31 Oktyabr – 2 Noyabr tarixlərində baş tutdu, daha doğrusu 31 Oktyabrda müxtəlif mövzularda workshoplar keçirildi, 1-2 Noyabr tarixlərində isə spikerlər çıxışlarını etdilər. Bir gün öncədən yəni 30 Oktyabrda gələnələr üçün axşam xüsusi, Kino Art tədbiri planlaşdırılmışdı. İştirakçılara Marketing Festival 2013-ün ən maraqlı çıxışlarını kinoteatrda izləmək şansı verilmişdi.
İndi isə 1 az təşkilatçılıqla bağlı: Kino Art, workshoplar, partilər keçirilən yerlərdə və tədbirin keçirildiyi Janacek teatrındakı qeydiyyatda bütün iştirakçılara festival üçün hazırlanmış üzərində məkan və tarix qeyd olunan xüsusi bilərziklər paylanılırdı ki, bilərziyi sıxdıqdan sonra açmaq qətiyyən mümkün deyildi, yeganə yol tədbir bitdikdən sonra kəsmək idi. Bununla da bir neçə yerdə keçirilən tədbirlərə giriş asanlaşırdı, sadəcə qolunda olan bilərziyi göstərmək kifayət edirdi.
Bundan başqa bütün iştirakçılara hər iki tərəfində ad soyad və təmsil etdiyi şirkətin adı göstərilmiş bədciklər verilmişdi. Bədciklərin üzərində isə xüsusi barkodlar var idi ki, məsələn sinxron tərcümə üçün olan avadanlıqları götürrəndə həm avadanlığın həm dı bədcikin üzərindəki barkodla kodlaşdırırdılar ki, hansı avadanlığın kimə verildiyini sonra aydınlaşdırmaq asan olsun.
Tədbir üçün biletlərdə yerlər göstərilməmişdi. Festival zamanı kim harada istədi otururdu, və bu 3 gün boyunca bir dənə də olsun yerlə bağlı narazıçılıqla qarşılaşmadım, əksinə özüm də müxtəlif yerlərdə oturaraq, müxtəlif insanlarla tanış oldum. Bilərəkdən ya bilməyərəkdən yaradılan bu sistem çox gözəl networkinq imkanı verirdi. 1000 nəfətlik teatr salonunda bütün sıralar elektriklə təchiz olunmuşdu, oturduğunuz yerdə, notbuk, planşet və ya mobil telefonunuzun batareyasının doldura bilərdiniz. Səhnənin tam arxasında böyük bir monitor quraşdırılmışdı və təqdimatlar oradan əks olunurdu.
Bir də səhnənin ön hissəsində ortaölçülü bir monitor qoyulmuşdu ki, bu da spikerlərə təqdimatlarına, qeydlərinə baxmaq üçün arxaya çönmədən baxmaq imkanı yaradırı. Digər bir müsbət məqam isə, soikerlərin çıxışı, fasilələr zamanı bir dəqiqə belə olsa gecikmənin olmaması idi. Verilən vaxtın 60-70% spiker çıxışına sərf edirdi, yerdə qalan vaxtda isə iştirakçılar tərəfindən ünvanlanmış suallara cavab verirdilər.
Sualları sli.do saytı vasitəsilə vermək mümkün idi, bu zaman brouzerdən vəya applicationdan daxil olaraq sual verə və ya sizin də soruşmaq istədiyiniz amma öncədən verilən və ya sizi maraqlandırlan və artıq yazılmış sullara səs verə bilərsiniz. Beləcə ən çox səs yığan sual ilk pilləyə qalxırdı və ilk olaraq o səsləndirilirdi. Media üçün isə teatrən 2-ci mərtəbəsindəki balkonlar ayrılmışdı. Təşkilatçılıqla bağlı mənfi məqam isə teatr zalında internetə çıxış demək olar qeyri-mümkün olması idi, yüklənmə çox olduğundan yalnızca salon boş olan zamanlarda istifadə etmək olurdu interneti.
Digər bir mənfi məqam isə, aparcının bəzi hallarda, fasilə elan edərkən məsələn çex dilində danışması idi ki, bunlar da sinxron tərcümə olunurdu və qeydiyyatda aldğımız qurğularla problem tam da olmasa aradan qaldırırlırdı. İndi isə bir az Festival haqqında. Festivalın ən gözlənilən spikerləri Avinash Kaushik və Dr. Peter Meyers idi ki, ən çox məhz bu spikerlərə vaxt ayrılmışdı, müvafiq olaraq 1.5 saat və 1 saat. Kaushik çıxış edən zaman vaxtın necə keçdiyindən xəbərim belə olmadı. Təqdimatını bitirib the end deyəndə dedim yəqin 2ci hissə də olacaq və saatıma baxdım ki, tam 1 saat 10 dəqiqə keçib.
Çıxışında əsasən e-ticarət yönümlü saytların, məlumatları necə daha yaxşı istifadə edə biləcəyindən danışdı və xüsusi fəndlərini paylaşdı iştirakçılarla. İlk gün Kaushikdən başqa Paddy Moggan (necə daha maralı kontent yaratmaq olar və cəlbedici kontent yaratmağın 6 üsulu haqqında), Brian Dean (e-mail marketingdən effektiv və düzgün istifadə üçün 7 praktiki texnika), Peter O’Neill (analytics), Julie Joyce (ən maraqsız çıxışlardan birincisi), Karel Tlustak (Facebookun Google qarşısında hansı üstünlüklərinin olmasından), Sandra Camacho və son olaraq digər bir maraqlı spiker Craig Sullivan (web səhifələr üçün a/b testinin keçirilmə üsulları və istifadə oluna biləcək alətlər haqqında) çıxış etdilər.
Festivalın ikinci günü isə açılışı Jan Rezac etdi (web sayt dizaynları üçün xüsusi fəndlər, bəzən lazımlı məlumatların səhvən bannerə oxşar formada hazırlanması və sayt ziyarətçilərinin diqqətindən yayınmasından danışdı). Ardıca Martin Roettgerding (google axtarışlarda çıxan e-shop saytları arasında ilklərdən olmaq üçün hansı texnikaların istifadə olunması), Dr. Peter Meyers (Googleda Avropanın 3 ölkəsi və ABŞ-da axtraışlarda hansı tipli infoların üstünlük təşkil etdiyi), Russell Savage (AdWords optimallaşdırılması), Filip Postavec, Simo Ahava və son olaraq Mike King (rəqəmsal marketinqdə rəqəmlərlə nağılsöyləmə) çıxış etdilər. İştirak etdiyim ilk tədbir olduğundan müəyyən çatışmazlıqlar oldu, bəzi lazımlı məlumatları qeyd etmədim amma qarşıdan gələn tədbirlərə daha hazırlıqlı gedib, daha maraqlı yazılar yazmağa çalışacam. Növbəti tədbirlərə və yazılara qədər.