“Microsoft” Korporasiyası “iPhone”, “iPad” və “Android” platformalı planşetlər üçün “Office” tətbiqini təqdim edib. Vacib məqamlardan biri odur ki, indi sənədlərin yaradılması və redaktəsi üçün “Office”ə abunə olmaq lazım deyil.
“Microsoft” Korporasiyası “Office”alətlərindən istifadə etməyin tamamilə yeni yanaşmasını təqdim edib. “Word”, Excel və “PowerPoint” kimi ən məşhur ofis tətbiqləri artıq kross platformalıdır.
“iPhone” və“iPad” istifadəçilərinə, eləcə də ilkin formada “Android” platformalı planşet sahibləri üçün əlçatan olub. “Microsoft” bütün dünyada mobil cihazlar və bulud xidməti istifadəçilərinə informasiya ilə məhsuldar və səmərəli iş üçün geniş funksionallı “Office” təklif edir. Yalnız keçən il “Microsoft Office” üçün 150 yenilik tətbiq edib. Bunların 1/3 hissəsi son 3 aya təsadüf edir.
Bu gün “iPad” sahiblərinin ardınca “iPhone” və “Android” platformalı cihaz istifadəçiləri də onlara yaxşı tanış olan “Office” tətbiqindən istənilən zaman və istənilən məkanda istifadə etmək imkanı qazandılar. İndi, mobil platformasından asılı olmayaraq, bütün mobil cihaz istifadəçiləri adi məsələləri tez həll edib və vaxta qənaət edə bilərlər.
-“iPhone” üçün yeni “Office”tətbiqi ”Word”, ”Excel” və ”PowerPoint”dən istifadə etmək imkanı, eləcə də “iPad” üçün mövcud versiyaların ən yaxşı yeni imkanlarını təklif edir. Proqramları artıq yükləmək mümkündür.
-“iPad” üçün yenilənmiş “Office”i buradan yükləmək olar.
-“Android” planşetləri üçün “Office” proqramının ilkin versiyası “Word”, “Excel” və “PowerPoint”dən “Android” platformasında istifadə etmək imkanını yaradır. İlkin versiyadan istifadə etmək üçün artıq qeydiyyatdan keçmək olar. Son versiya 2015-ci ilin əvvəlində təqdim olunacaq.
Hər kəs üçün daha çox “Office”. Artıq “iPhone”, “iPad” və “Android” istifadəçiləri “Office”də abunə olmadan sənəd yaradıb və redaktə edə bilərlər. Mobil cihaz istifadəçilərinin əksəriyyəti “Office”dən istifadə edərək daha çox şey həyata keçirə bilər. Bundan başqa, Korporasiya “Windows 10” yeni əməliyyat sistemi üçün uyğunlaşdırılmış yeni “Office” dəstinin təfərrüatını təqdim edib. Daha geniş informasiya yaxın zamanda təqdim olunacaq.
Ev üçün “Office 365” və ya şəxsi “Office 365”ə abunə olaraq, istifadəçilər müxtəlif cihazlarda “Office” əlavələrinin bütün funksiyalarından istifadə edən 7,1 milyon aktiv abunəçi cəmiyyətinin bir hissəsi olurlar. “iPad” və “iPhone üçün “Office”in yeni tətbiqləri 136 ölkədə 29 dildə mövcud olacaq və “iOS 7.0” və ya daha son versiya əməliyyat sistemli cihazlar üzərində işləyəcək. İstifadəçilər “Office”in“Android” planşetlər üçün ilkin versiyasını qeydiyyatdan sonra əldə edə bilərlər. Daha ətraflı məlumatı "Microsoft” rəsmi bloqundan əldə etmək olar.
“Microsoft” haqqında:
1975-ci ildə təsis edilmiş “Microsoft” Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri.
“Microsoft” Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.