Gələn ilin İyunun 30-dan etibarən “British Airways” aviaşirkətinin London-Bakı-London aviareysi “Heathrow” hava limanının 5-ci terminalından yerinə yetiriləcək.
Bu qərar “British Airways”ın uçuş cədvəlinə əsasən, gələn ilin sonunda ümumi üç terminaldan iki terminala keçmək üçün qəbul olunub – Terminal 3 (T3) və Terminal 5 (T5).
Bütün mərhələlərdən və bu istiqamətdə atılan addımlardan sonra “British Airways” aviaşirkəti T5-dən 118, T3-dən isə 21 marşrut üzrə aviareyslər həyata keçirəcək. Hazırda Bakı-London aviareysi üzrə uçuşlar Böyük Britaniyanın ən iri aeroportunun 1-ci terminalına (T1) yerinə yetirilir. Dəyişiklikdən sonra isə aviaşirkətin sərnişinləri daha geniş imkanlardan yararlana biləcəklər.
Gələn il, həmçinin, Yaxın Şərq və Mərkəzi Asiyadan uçuşlar da T1-dən T5-ə yerinə yetiriləcək. Aviareyslərin T3-ə və T5-ə keçirilməsi 2015-ci ilin sonunda T1-in bağlanması ərəfəsində “British Airways”ın əməliyyatlarının gücləndirilməsinin bir hissəsidir. “Aviareyslərin Terminal 5-ə keçirilməsi effektivliyi artıracaq və müştərilərəyeni salonlara və ticarət nöqtələrinə çıxış da daxil olmaqla geniş imkanlar təklif edəcək.
Terminallar arasında hərəkət üçün də kifayət qədər vaxt təqdim olunacaq – unutmaq lazım deyil ki, biz 70 ölkəndən artıq 179 məntəqəyə ümumdünya marşrut şəbəkəsini təklif edirik”, - deyə “British Airways” aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis bildirib. “British Airways” Terminal 5-də yerləşən zalların yenidən qurulmasına kifayət qədər vəsait yatırıb və bir çox əməliyyatları bu terminala keçirdikdən sonra aviaşirkət burada təklif olunan məhsulların sayını artıracaq.
Hazırda terminalın 6 zalı mövcuddur ki, bunların tikintisinə 60 mln. funtdan artıq vəsait xərclənib: “Kankord” otağı, birinci sinif salonu, 3 klub və 1 gəlmə zalları. Bundan başqa, Qızıl və Gümüş icra klublarının üzvləri, həmçinin, birinci sinif sərnişinləri yeni zallardan və məşhur “Elemis” SPA-məhsullarından yararlana biləcəklər. “Qalereya”lar kimi tanınan bu zallar özündə 2 500 insan yerləşdirə bilir.
Qeyd etmək lazımdır ki, 2013-cü ildəTerminal 5 aeroportlardaən yaxşı terminal adına layiq görülüb və “SKYTRAX World Airport Awards”da “Alış-veriş üçün ən yaxşı aeroport” kimi təltif olunub. Xatırladaq ki, sərnişinlərin havada və yerdə rahatlığını təmin etmək məqsədilə “British Airways” aviaşirkəti yeni təyyarələrə, “ağıllı” kabinalara, qonaq otaqlarına və yeni texnologiyalara 5 mlrd. funtdan artıq sərmayə yatırır.
“British Airways” haqqında:
• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb