Kaymu.az ticarət platforması olaraq özü heç bir məhsul alış və satışını həyata keçirtmir, alıcı və satıcılar üçün onlayn bazar funksiyasını yerinə yetirərək, hər iki tərəfin qısa zamanda, təhlükəsiz mühitdə, heç bir əlavə xərc ödəmədən uğurlu əməliyyatlar etməsini təmin edir.
Agent kimi hərəkət edərək alıcıların və satıcıların işini asanlaşdırır. E-ticarət saytı istifadəyə verildikdən sonra satış edilə bilməsi üçün məhsulların müştərilərə tanıdılması lazımdır.
Əks təqdirdə e-ticarət saytınız sadəcə olaraq fəaliyyətsiz qalar, sifariş olmaz və təbii ki, biznesinizi qura bilməzsiniz. E-ticarət saytınızın reklamını iki fərqli üsulla edə bilərsiniz. Bunlardan biri ödənişli digəri isə ödənişsiz üsuldur. Qısaca olaraq hər iki üsula nəzər yetirək. E-ticarət saytları üçün Pulsuz Reklam Sahələri. Axtarış mühərriki optimallaşdırılması (SEO), sosial media optimallaşdırılması (SMO), bloq, təqdimat yazıları, məhsul yorumları, forumlar olmaq üzrə 6 kateqoriyaya bölmək olar.
1. Axtarış mühərriki optimallaşdırılması
Axtarış mühərriki optimallaşdırılması axtarış nəticələrinə hədəflənən (axtarılan sözlərdə) axtarış edildiyində üst sıralarda görünmək üçün edilən bir sıra əməliyyat üçün verilən ümumi addır. Axtarış nəticələrində ikinci və üçüncü səhifədə yer almaq sizə çox bir gəlir gətirmir, çünki bir çox adam axtarış nəticələrinin ilk səhifəsində görünən nəticələrdən istifadə edirlər. Ümumiyyətlə, hamı hədəflədikləri açar söz üçün edilən axtarışın nəticələrində birinci səhifədə hətta birinci səhifənin ilk hissəsində görünməsini istəyir. Amma bunu bacarmaq üçün saytınızın optimallaşdırılması və ona uyğun olaraq kodlaşdırılması lazımdır.
2. Sosial Media Optimallaşdırılması
Saytınızda əlavə məhsulların, xəbərlərin, məqalələrin və bütün bunlarla birlikdə həyata keçirdiyiniz kampaniyaların təsir edici şəkillər ilə birlikdə sosial şəbəkələrdə paylaşılmasıdır. Facebook, Twitter, Google Plus, Tumblr, Instagram, Linked In kimi sosial şəbəkə saytlarında səhifələr açaraq şəkillər ilə birlikdə məhsul paylaşmaları etmək və kampaniyalar yaratmaq olar. Sosial Media Optimallaşdırılması axtarış mühərriki optimallaşdırılmasına son zamanlarda ən çox təsir edən səbəblərdən biridir.
3. Bloq
Bloqların əhəmiyyəti çox yüksəkdir. Məsələn, hər gün nizamlı bir şəkildə məqalə yazdığınızı fikirləşin və bu məqalə ilə məhsulunuzun xüsusiyyətləri, məhsulunuz haqqında daha da çox məlumat verə bilərsiniz. Yazdığınız məqalələrin köməyi ilə bu məlumatları əldə etmək istəyən istifadəçilərə ötürmüş olursunuz və daha sonra məqalənizdə məhsulunuzun reklamını da edə bilərsiniz. Həm axtarış mühərriklərində daha çox göstərici sahibi olarsınız və həm də daha çox istifadəçinin saytınızı ziyarət etməsinə uyğun öz satışlarınızın artmasını da təmin etmiş olarsınız.
4. Təqdimat Yazıları
Təqdimat yazıları saytınıza başqa saytlar tərəfindən istinad verilməsi deməkdir. Nə qədər çox istinadınız olarsa, o qədər də çox axtarış mühərrikləri tərəfindən saytınıza göstərilən əhəmiyyət çox olacaq. Planınızda olan işlər və ya şirkət adı ilə bağlı olan digər xüsusi saytlarda öz tanıdılmalarınızı edə bilərsiniz. Əgər xəbər saytlarına üzvsünüzsə sahib olduğunuz məhsullar haqqında xəbərlər paylaşa bilərsiniz.
5. Məhsul Şərhləri
Bir məhsula nə qədər çox müsbət ya da mənfi şərh edilsə o məhsul, səhifə axtarış mühərriklərində və istifadəçilər arasında o qədər çox qiymətli olacaq. Çünki istifadəçilər məhsul şərhlərini oxuyaraq məhsul sifariş etməyə tələsəcəklər.
6. Forumlar
E-ticarət saytları üçün forumlar öz reklamlarını edə biləcəkləri böyük bir kanaldır. Yazacağınız məqalələr ilə birlikdə həm forumun həm də e-ticarət saytınıza dəstək ola bilərsiniz.
E-ticarət saytları üçün ödənişli reklam kanalları
E-ticarət saytlarınıza müəyyən bir büdcə ayıraraq ödənişli reklamlar ala bilərsiniz. Google AdWords, youtube reklamları, facebook reklamları və digər saytlardan alınan ödənişli reklamlar olmaqla 3 fərqli kateqoriyaya ayıra bilərik.
- E-ticarət saytları üçün Google Adwords Reklamlar
- E-ticarət saytları üçün Youtube Reklamları
- E-ticarət saytları üçün Facebook Reklamları
Əlavə olaraq qeyd edək ki, bu reklamlar birbaşa olaraq aylıq ödənişlə və ya satış edildikən sonra komissiyalar verilərək həyata keçirilir.