“AtaBank” ASC-nin Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə İdarə Heyətinin Sədri “AtaBank” ASC-nin Müşahidə Şurasında təyin olunub. Müşahidə Şurasının qərarı ilə isə “AtaBank” ASC-nin İdarə Heyətinin Sədr əvəzi vəzifəsinə Etibar Babaşlı təyin olunmuşdur.
2005-ci ilin Aprel ayından bu günə kimi “AtaBank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Etibar Babaşlı Ankara Universitetinin Siyasal Bilgilər fakültəsinin yetirməsidir.
2002-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi istiqamətində müvəffəqiyyətlə magistratura pilləsini bitirib. 2000-2005-ci illərdə "Koçbank Azərbaycan Ltd" QTSB-də müştəri təmsilçisi, Kredit və Marketing departamentinin rəhbəri, sonra isə Daxili Audit Departamentinin direktoru vəzifələrində çalışıb. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.