Bakıda barmen və restoran biznesinin nümayəndələri üçün beynəlxalq master-klass keçirilib. “Glenfiddich”ın MDB ölkələrində brend səfiri olan DenisPankratov tədbir iştirakçılarına əsası Uilyam Qrant tərəfindən qoyulan və 1886-cı ildən etibarən Fidik çayının vadisində istehsal edilən “Glenfiddich” şotland viskisinin zəngin tarixindən məlumat verib.


 


Denis, həmçinin sözügedən viskinin yaşlanma prosesindən, onun növ müxtəlifliyi, dad qammasından danışıb, eyni zamanda barmen və restoran biznesinin nümayəndələrinə bacarıqların yaxşılaşdırılmasına dair bir neçə məsləhət verib. “Azərbaycan – həmişə böyük məmnuniyyətlə ziyarət etdiyim ölkələrdən biridir.


 


Buranın çox səmimi və qonaqpərvər insanları var, Bakıdan olan barmenlər isə dünyanın bir çox ölkəsində çalışır, bu da onların yüksək peşəkarlıq səviyyəsindən xəbər verir”, - deyə Denis Pankratov bildirib. Master-klassdan sonra VİP-müştərilər üçün şam yeməyi təşkil olunub ki, tədbir iştirakçıları səmimi və rahat mühitdə “Glenfiddich” brendinin nümayəndələri ilə söhbət edib, həmçinin 12, 15, 18 və 21 illik “Glenfiddich” viskilərinin müxtəlif zərif yeməklərlə uyğunluğunu qiymətləndirə biliblər. Qeyd edək ki, barmen və miksoloq karyerasına Deniz Pankratov hələ tələbəlik illərində başlayıb.


 


Təbiətdən gözəl zövqə malik Denis bu sahədə qısa bir zaman ərzində uğura nail olur. Onun işləri dəfələrlə Rusiya və beynəlxalq müsabiqələrdə qalib gəlib və mükafatçılar sırasında yer alıb. Məhz gözəl zövq, balans və harmoniya duyğusu ona demək olar bütün dünyada uzun illər uğurlu master-klass və təqdimatlar keçirməyə imkan yaradıb. Denis – gözəl natiqdir, onun ensiklopedik bilikləri və həvəsi istənilən auditoriyaya yol tapmağa imkan verir. O, «”Glenfiddich” viskisinin orijinal təqdim edilməsi» unikal təqdimatın müəllifidir və bu təqdimat çərçivəsində real vaxt rejimində bar arxasında müəllif kokteylləri hazırlanır və dequstasiya keçirilir.


 


“WilliamGrant&Sons” haqqında:



 


“WilliamGrant&SonsLtd” - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “TheBalvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “Qafqaz Industry” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.