Kaymu.az ticarət platforması olaraq özü heç bir məhsul alış və satışını həyata keçirtmir, alıcı və satıcılar üçün onlayn bazar funksiyasını yerinə yetirərək, hər iki tərəfin qısa zamanda, təhlükəsiz mühitdə, heç bir əlavə xərc ödəmədən uğurlu əməliyyatlar etməsini təmin edir və agent kimi hərəkət edərək alıcıların və satıcıların işini asanlaşdırır. 


 


Hər bir elektron ticarət saytı üçün ən əhəmiyyətli mövzulardan biri eynilə ənənəvi satışda olduğu kimi mütləq müştəri məmnuniyyətini təmin edə bilməkdir. Bir müştərini məmnun etsəniz, həm o müştərinin təkrar alışlarından gəlir əldə edə bilərsiniz və həm də onun tövsiyələri sayəsində yeni müştəriləri əldə edə bilərsiniz.


 


Lakin e-ticarətin hələ də inkişaf etməkdə olan bir sektor olduğunu da nəzərdən qaçırmamaq lazımdır. Xüsusilə e-ticarət ilə yeni tanış olan və internetden alış-satış vərdişi yüksək səviyyədə olmayan müştərilərin məmnuniyyətini təmin etmək və onları sadiq bir müştəriyə çevirmək böyük əhəmiyyət daşımalıdır. Bunun üçün onların tez-tez rastlaşdıqları, saytınızı bir daha ziyarət etməmələrinə səbəb olacaq problemləri həll etmək lazımdı. Onlayn "alış-satış"da müştərilərin tez-tez yaşadıqları bəzi problemlər və bu mövzularda olan öz qeydlərimizi bölüşəcəyik.


 


Yanlış məhsul göndərilməsi


Hal-hazırda e-ticarət müştərilərinin ən böyük şikayəti məhsullarının səhv gətirilməsidir. Əgər sifarişlər çox deyilsə bütün məhsullarla bir-bir maraqlanmaq və ola biləcək səhv ehtimalını 0-a endirmək olar.


 


Zədələnmiş məhsulun göndərilməsi


Hər bir məhsul kuryer xidmətinə verilməmişdən əvvəl mütləq yoxlanmalıdır. Çatdırılma zamanı meydana çıxa biləcək problemlərlə bağlı müştərilərə əvvəlcədən belə bir vəziyyətdə nə etmək lazım olduğunu və haqqlarını bildirərək onların etibarını qazana bilərsiniz.


 


Gec çatdırılma müddəti


Çatdırılma müddətləri ümumiyyətlə standartdır. Əgər bu standart zamanı aşıb keçərsə bu yük firması ilə əlaqədardırsa müştəriyə bu barədə məlumat vermək lazımdır. Müştərini məmnun salmaq üçün kiçik hədiyyələr göndərmək olar. 


 


E-ticarət saytındakı texniki problemlər


Hər e-ticarət saytı məcburi olaraq istisnasız 7/24 problemsiz işləməlidir. Çünki elektron ticarət platformalarının özəlliyi onların 24 saat fəaliyyət göstərməsidir.


 


Sonradan ortaya çıxan əlavə xərclər


Müştəriyə ödəyəcəyi bütün xərcləri əvvəlcədən demək lazımdır. Çünki sonradan ortaya çıxan xərclər yalnız satışı deyil, müştərini də itirməyinizə gətirib çıxaracaq.


 


Geri qaytarmaq


Əgər müştərinin xoşuna gəlməyən məhsulu geri qaytarıb yenisi ilə əvəz olunursa, bu zaman artıq müştərilərin saytınıza geri dönüb yeni sifarişlər verməyi real olacaqdır. Geri qaytarılmalarla bağlı müştərilərin hüquqlarını qorumaq və bu prosesi problemsiz tamamlamaq sizin üçün bir sifarişin qaytarılması mənasına gələ bilər və amma sonra o müştərinin digər sifarişlərindən bu fərqi çox bağlaya bilərsiniz.


 


Saytda az məlumatın olması


Məhsulun şərhləri, texniki və istifadə xüsusiyyətləri, zəmanət şərtləri kimi məlumatların saytda yer almaması müştərinin axtardığı məhsulu digər rəqibdən almasına səbəb olacaq.