“DəmirBank” nağd pul krediti götürmək istəyənlər üçün “Güzəştli kredit” aksiyasında yeniliklər edib. Beləki, aksiyanın şərtlərinə görə müştərilər artıq 5000 AZN-dək nağd pul kreditini illik faiz dərəcəsində 10% endirimlə əldə edə bilərlər.


 


Bununla yanaşı, öncəki aksiyada olduğu kimi, bu askiyada da  Dəmir Taksit kartı müştəriyə pulsuz təqdim olunur. “Güzəştli kredit aksiyası” 31 yanvar 2015- ci i ltarixinədək davam edəcək.


 


“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur. Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidən qurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.