PeopleBrand agentliyi "Bakılı oğlanlar" ŞHK komandasının üzvü Bəhram Bağırzadənin iştirakı ilə Fransa istehsalı olan French Cow kərə yağı üçün ilk tanıtım reklam kampaniyası hazırlayıb.
Emin Quluzadə (CCO, PeopleBrand): “Brendin ilk kampaniyası olduğuna görə məqsədlərimizə maksimalizmlə yanaşdıq: efirdə ən fərqli və yadda qalan reklam hazırlayaraq bütöv kateqoriya ilə möhkəm assosiasiya yaratmaq.
Onu da xüsusi vurğulamaq istəyirəm ki, bu işin ərsəyə gəlməsində müştərimizin bizə göstərdiyi etibar və uzunmüddətli tərəfdaşımız olan CineAlliance şirkəti böyük rol oynadılar. Bəhram Bağırzadəyə isə ayrıca təşəkkür düşür”.
Marketinq strategiyası
“French Cow” premium Avropa kərə yağları kateqoriyasının lideri olmağa iddialı olsa da, brend adının tanınması zəifdir. Məhsulu daha çox “fransız yağı” kimi tanıyırlar. Məqsəd məhz alıcıların şüurundaki fransız yağı ilə bir nömrəli assosiasiya quraraq “French Cow” brendini geniş tanıtmaqdır. Bunun üçün kommunikasiyamızın əsasını “Əsl fransız” konsepti təşkil etdi.
Kommunikasiya strategiyası
Əsl fransız yağı əsl fransız inəklərinin südündən alınır. Əsl fransız inəklərini tanımaq üçün isə Fransaya getmək lazımdır. Və onlardan fransız dilində müsahibə almaq… : )
Müştəri: WPM
Agentlik: PeopleBrand
Kopirayter: Rafiq Əhməd
Art Direktor: Toğrul Babayev
Kreativ Direktor: Emin Quluzadə
Müştəri Xidmətləri Direktoru: Rəşad Nəzərli
Çəkiliş: Toast Agency
Post Production and Animation: CineAlliance